Icma.az
close
up
RU
“Torpağın indiki qiyməti 3 milyondur, təklif edilən evlər heç yarım milyon etmir”

“Torpağın indiki qiyməti 3 milyondur, təklif edilən evlər heç yarım milyon etmir”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xırdalan şəhərində torpaq sahəsini tikinti şirkətinə verən sakin bunun qarşılığında almalı olduğu 5 mənzili 18 ildir ki, təhvil ala bilmir.

Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən vətəndaş Cahangir Xalıqov bildirib ki, sözügedən müqavilə hələ 2008-ci ildə bağlanıb. 

FHN-in keçmiş əməkdaşı olduğunu deyən şikayətçinin sözlərinə görə, geridə qalan illərdə tikinti bir neçə əl dəyişib: “2008-ci ildə Xırdalan şəhəri Axundov küçəsi 39 ünvanında yerləşən və ailəmizə məxsus olan 34 sot torpaq sahəmizi burada çoxmərtəbəli bina tikmək istəyən “Hasil” MMC-yə müqavilə ilə satdıq. Şirkətin təsisçisi Elman Tağıyev adlı şəxs həmin vaxt bizimlə müqavilə bağlayaraq torpaq sahəsinin qarşılığında binada 5 yaşayış mənzili və 1 qeyri-yaşayış sahəsini bizə verməyi öz üzərinə götürdü”.

Tikinti işləri başlayandan bir müddət sonra binanı tikən şəxsin dələduzluq əməlləri üzə çıxıb və o həbs edilib: “Həmin şəxsə cinayət işi açıldıqdan və çoxsaylı vətəndaşların, bildiyimə görə, 279 nəfərin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsindən sonra tikinti işləri başqa şəxslərə verildi. Belə ki, prokurorluq çoxsaylı vətəndaşların mülki hüquqlarının bərpa edilməsi üçün zərərçəkmişlərin evinin tikilib təhvil verilməsini zəruri hesab etdi. Bu məqsədlə 4 müxtəlif şəxs tikintiyə başladı və bir neçə mərtəbə də onlar qaldırdı. Lakin bir müddət sonra həmin şəxslər də dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edildilər və tikinti fəaliyyətindən uzaqlaşdırıldılar”.

Fotoda: Barəsində bəhs edilən bina

Şikayətçi deyir ki, baş verənlərdən sonra prokurorluq vətəndaşların evlə təmin edilməsi məsələsini tikinti sahəsindəki məşhur iş adamı, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundova həvalə edib: “Hasil” MMC-nin bütün hüquqları və tikilməkdə olan bina İsfəndiyara verildi və biz həmin vaxt ona müraciət etdik, əlimizdəki sənədləri, müqavilələri təqdim edərək bizə çatmalı olan əmlakların verilməsini istədik. Həmin vaxt Şərurlu İsfəndiyar bildirdi ki, müqavilə üzrə bizə çatmalı olan 6 əmlakdan ikisindən, yəni qeyri-yaşayış sahəsi və evlərdən birindən imtina edək. Bizə 4 mənzil verməyi təklif etdi. Lakin bununla razılaşmadıq. Məsələ ilə bağlı 2024-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin ilin noyabrında qətnamə çıxararaq “Hasil” MMC ilə bağladığımız müqavilə üzrə mülklərin bizə verilməsini qət etdi. Lakin qarşı tərəf bu qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdi. Onlar şikayəti təmin etməyərək Abşeron Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bundan sonra İsfəndiyar Axundov Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmənin Mülki Kollegiyası da 2025-ci ilin 27 noyabr tarixində qərar qəbul edərək apellyasiya instansiyasının qərarını qüvvədə saxladı. Beləliklə, qanuni yolla mənə çatmalı olan 5 ev və 1 qeyri-yaşayış sahəsinin verilməsinin icrası məsələsi qalmış oldu”.

Fotoda: Şərurlu İsfəndiyar

C.Xalıqov əlavə edib ki, qarşı tərəf hələ də qərarı icra etmir və ona təsir etməyə çalışır: “Ailəmizə məxsus olan 34 sot torpaq sahəsi Xırdalanın mərkəzində yerləşməklə, hazırda 3 milyon manata yaxın bazar dəyərinə malikdir. Onların mənə vermək istədiyi 4 mənzilin ümumi dəyəri isə heç yarım milyon etmir. Xahiş edirəm, bu məsələyə ədalətli yanaşılsın və məhkəmə qərarları tezliklə icra edilsin”.

İttihamlarla bağlı “Şərur” MTK ilə əlaqə saxladıq. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, “Hasil” MMC-nin “Şərur" MTK  ilə hər hansı bağlılığı yoxdur: “Şərur” MTK yalnız Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin təqdim etdiyi siyahıda adları yer alan şəxslərin zərərlərini kompensasiya etməyi üzərinə götürüb və həqiqətən də Xalıqov Cahangir İsabala oğlunun adı siyahıda yer alıb.

Bildiririk ki, bu və digər MTK-larla bağlı təqdim olunan siyahıya yalnız yaşayış sahələri daxildir. Adıçəkilən şəxsə qeyri-yaşayış sahəsinin siyahıda yer almadığı barədə dəfələrlə məlumat verilib, Cahangir Xalıqov isə qeyri-yaşayış sahələri verilməyəcəyi təqdirdə digər mənzillərdən də imtina etdiyini şifahi şəkildə bildirib”.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri