Icma.az
close
up
RU
Torpağın qiyməti yerinə uyğun olaraq tənzimlənir

Torpağın qiyməti yerinə uyğun olaraq tənzimlənir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması torpaq bazarında qiymət artımına birbaşa təsir edən əsas amillərdir. İnsanların şəhər mərkəzlərinə və xüsusilə iri şəhərlərə axını torpağa olan tələbatı artırır. Torpaq bazarına olan davamlı tələbat bu sahədə qiymət artımına gətirib çıxarır".

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, yeni tikinti layihələrinə marağın artması, infrastrukturun inkişafı və əhalinin yaşayış üçün torpağa olan ehtiyacının yüksəlməsi, qiymətlərin yaxın perspektivdə də artacağını göstərir: "Hazırda Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımı müşahidə olunur. Artım bundan sonra da davam edəcək. Bunun başlıca səbəblərindən biri Bakı və Abşerona axının çox olmasıdır. Belə olduqda adambaşına düşən torpaq sahəsi azalır. Nəticədə də qiymətlər bahalaşır. Digər səbəb isə ölkədə iqtisadi artımın olmasıdır. Daşınmaz əmlak növləri içərisində ən önəmlisi torpaq sahələridir. Çünki digər daşınmaz əmlak növlərinin mövcud olması üçün mütləq şəkildə torpaq sahəsinin var olması zəruridir. Bakı Şəhərinin Baş Planına əsasən, müxtəlif infrastruktur layihələri həyata keçiriləcək ki, bunlar da torpaq qiymətlərinə təsir göstərəcək. Baş Planın həyata keçirilməsi üçün icra strukturları tərəfindən müəyyən normativ qaydalara ciddi əməl edilməsi tələb edilir. Əvvəllər çoxmərtəbəli yeni mənzillərin tikilməsi üçün müəyyən torpaq sahəsi ayrılırdı və həmin sahədə sahibkar daha çox tikinti sahəsi əldə etmək üçün sıx binalar inşa edirdi. Lakin indi normativ qaydalara əməl etmə tələbindən sonra tikinti üçün nəzərdə tutulan ərazidə daha az bina inşa etmək mümkün olur. Belə olduqda torpaq sahələrinin həm də mənzillərin qiyməti bahalaşır. İnflyasiya şəraitində insanlar torpağı "dəyərini qoruyan aktiv" kimi görürlər. İnflyasiya və maliyyə bazarlarında qeyri-müəyyənlik fonunda vətəndaşlar torpağı ən sabit sərmayə növü kimi görürlər. Torpaq dəyər itirmir, bazardakı enişlər torpağa nisbətən az təsir edir. Bu faktorlar spekulyativ tələbi də artırır və qiymət artımını sürətləndirir".

O qeyd edib ki, adətən alqı-satqı faktları artdıqda qiymətlər yüksəlir. Lakin hazırda durğunluqdur. Buna baxmayaraq, torpaq sahələrinin də, tikililərin də qiymətlərində azalma yoxdur. Əksinə, artım var: "İnsanların çoxu daşınmaz əmlaka tək zəruri tələbat subyekti kimi baxmırlar. Bu həm də investisiya qoymaq üçün zəruri istiqamət kimi qəbul olunur. Hazırda daşınmaz əmlak az riskli, stabil gəlir gətirən, dayanıqlı fəaliyyət istiqamətidir. Aktiv bizneslə məşğul olmayan ölkə vətəndaşı daşınmaz əmlak alır".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, torpaq qiymətləri yerinə uyğun olaraq tənzimlənir. Yəni paytaxtın mərkəzi hissələrinə yaxın ərazilərdə qiymətlər bahadır. Amma Bakıətrafı ərazilərdə qiymətlər nisbətən münasibdir. Yəni hər yerin öz qiyməti var.

Ekspert qiymətin tələbata uyğun olaraq dəyişdiyini vurğulayıb: "Son 5 il ərzində ölkədə qiymət artımı daha çox Bakı şəhəri üzrə qeydə alınıb. Köhnə yaşayış fondunda isə artım 10-11 faiz arasındadır. Son 2-3 ildə bəzi seqmentlərdə 17-18 faizlik artım müşahidə olunub. Torpağın qiymətində 14 faiz artımın olması çox da böyük göstərici hesab olunmur. Torpaq bahalaşması ən çox "See Breeze" ərazisində qeydə alınıb, son iki ildə hər ilin nəticəsinə görə orta hesabla 50-100 faiz artım olub. Torpaq sahəsi azaldıqca yaxşı yerlərdə torpağın qiyməti daha da artır. Hesab edirəm ki, hətta qalıq torpaqların da qiyməti orta hesabla 100 faizdən çox bahalaşa bilər".

Ekspert vurğulayıb ki, torpaq tükənən əmlak növüdür: "Tələbat olan ərazilərdə qiymət artımının olması təbii haldır. Ölkə üzrə bu göstəricilər daha çox Bakı şəhərində qeydə alınıb - Badamdar, "See Breeze", Mərdəkan, Bilgəh, Şüvəlan, Buzovnada torpağın qiyməti həddən artıq bahalaşıb. Təkliflər az olduğu, prestijli ərazi olduğu üçün bu ərazilərdə yerindən asılı olaraq qiymət artımı orta hesabla 15-20, bəzi yerlərdə isə hətta 30 faiz olub. Üstəlik, təkliflərin sayı həddən artıq azdır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri