Icma.az
close
up
RU
Torpaq sahələrinin icarə və satış qaydaları dəyişir

Torpaq sahələrinin icarə və satış qaydaları dəyişir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Torpaq sahələrinin icarəsi, satışı və özəlləşdirilməsi qaydalarının dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının enerji layihələri üçün istifadəsinin genişləndirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, layihəyə əsasən, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı bir sıra yeni mexanizmlər tətbiq olunur. Dəyişikliklər dövlət və bələdiyyə torpaqlarından istifadə imkanlarının genişləndirilməsini, xüsusilə enerji və infrastruktur layihələri üçün torpaq ayrılması prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

Layihəyə görə, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi mümkün olacaq. Eyni zamanda, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün də torpaq sahələrinin ayrılması mexanizmləri genişləndirilir.

Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bir hissəsi açıq torpaq hərracları və müsabiqələr olmadan, birbaşa icarəyə verilə biləcək. Xüsusilə enerji, dövlət-özəl tərəfdaşlığı və strateji layihələr üzrə torpaq münasibətlərində yeni yanaşmalar tətbiq ediləcək.

Qanun layihəsində torpaq bazarı ilə bağlı qaydalarda da dəyişikliklər nəzərdə tutulur. Belə ki, bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması və istifadəsi prosedurları yenilənir, torpaq icarəsi münasibətlərində müqavilə mexanizmləri dəqiqləşdirilir.

Layihəyə əsasən, dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısına yeni müddəa əlavə edilir. Yeni müddəaya görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində açıq müsabiqə şərtləri əsasında seçilmiş özəl tərəfdaşlara tətbiq edilən qiymətlərin səviyyəsinə dövlət təminatı veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri