Icma.az
close
up
RU
Torpaq, təbaşir, gil yeyənlər özlərini təcili həkimə göstərsinlər Orqanizm hansı siqnalları verir?

Torpaq, təbaşir, gil yeyənlər özlərini təcili həkimə göstərsinlər Orqanizm hansı siqnalları verir?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bu yaxınlarda azyaşlı qızın mədəsindən əməliyyatla bir çəngə tük topası çıxarılmış, valideyni də uşağının tük yemək vərdişinin olduğunu etiraf etmişdi. Yəqin ki, ətrafımızda tük, torpaq, gil, kirəc, qum, təbaşir yeyən adamlara az rast gəlməmisiniz.
Adətən hamiləlik dönəmində özünü daha çox büruzə verən bu vərdiş, bəziləriində elə uşaqkən baş qaldırır.
Tibbdə Pika sindromu adlanan və əslində ciddi xəstəlik olan bu vərdiş insanın qida olmayan maddələrin yeyilməsinə istəyi, aludəçiliyi, qarşısıalınmaz tələbatıdır. Qanazlığı, vitamin (əsasən sink, dəmir, kalsium) çatışmazlığı olan insanlarda bu meyil yaranır. 
Bu xəstəlik günümüzdə çox rastlansa da əslində tibb elminin qədim dövrlərdən bələd olduğu bir xəstəlikdir. Hələ 2000 il əvvəl Hippokrat tərəfindən qeyd olunaraq Geofagiya adlanan bu fenomen günümüzə kimi ən müxtəlif ölkələrdə qeydə alınıb. 1920-1921-ci illərdə Böyük Aclıq dövründə Rusiya əyalətlərində torpaq və gil yemək geniş yayılmışdı, hətta yeməyə yararlı olan gil bazarda satılırdı. 
Yeri gəlmişkən, gil Hindistan, Yava, Çin və Boliviyada qida kimi qəbul olunub. Çində Diatomit dağının qara torpağını ölümsüzlük qidası hesab edirlər. Guya ondan yedikdə insan sağlam olur və uzun ömür yaşayır. Yavada isə hesab olunur ki, hamilə qadın doğuş öncəsi gil yesə doğuşu asan keçəcək.
Pika sindromu nədən qaynaqlanır?
2009-cu ildə Kristofer Qolden adlı epidemioloq iddia edib ki, Pikanın 2 səbəbi var:
mikroelementlərin defisitini doldurmaq və həzmetmə problemləri, mədə-bağırsağı parazitlərdən təmizləmə. Məlumdur ki, gil, torpaq absorbedici, yəni toksinləri özünə çəkmə və zərərsizləşdirmə funksiyasına malikdir.
 

Toyuqlar, balıqlar, delfinlər də xırda daşları udur. Elmi araşdırmalarla bəzi mineralların bağırsaq mikroflorasına yaxşı təsir etdiyi, həzm şirəsinin tərkibini yaxşılaşdırdığı, mədədəki xoraların sağaltdığı sübut olunub. Çünki torpaqda orqanizm üçün vacib olan sink, kalsium və dəmir çoxdur, bunlar çatışmadıqda orqanizm instinkti işə salaraq insanı məcbur edir ki, torpaq yesin.


Amma bu, Pika sindromunun heç də faydalı olması qənaətinə gəlməməlidir. Çünki orqanizmin vitamini və təmizliyi qaydasında olsa bu qəribə vərdişlərə gərək də qalmaz. Üstəlik uzun müddət bu “qida”larla bəslənmək mədə-bağırsağı sıradan çıxara bilər. Sonu isə şizofreniya və başqa psixoloji xəstəliklərə aparır. Fərqinə varılmadıqda həmçinin əksər hallarda alminium zəhərlənməsi, infeksiyalara bağlı olan xəstəliklər, boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşə bilərlər.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri