Tottinin oğlu psixoloji təzyiqlərə dözməyib karyerasını 19 yaşında başa vurdu
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Roma”nın əfsanəvi kapitanı və 2006-cı il dünya çempionu Françesko Tottinin oğlu Kristian Totti 19 yaşında peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə “La Nuova Sardegna” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunub bu qərarının səbəbi güclü psixoloji təzyiqlər və daim məşhur atası ilə müqayisə edilməsi olub.
“Bəli, karyeramı bitirirəm, artıq qərarımı vermişəm”, – deyə Kristian Totti bildirib.
Kristian karyerasını başa vursa da, futboldan uzaqlaşmayacaq. O, Françesko Totti tərəfindən yaradılmış futbol məktəbində skaut (istedad axtaran) kimi fəaliyyətə başlayacaq və gənc istedadların axtarışı ilə məşğul olacaq.
Kristian mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edib, əvvəlcə “Roma” akademiyasında oynayıb, daha sonra “Frozinone” və “Rayo Valyekano”nun gənclər komandalarında, həmçinin İtaliyanın D Seriyasına daxil olan “Avezzano” və “Olbia” klublarında forma geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 İyul 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















