Tövlə yanğında kül oldu: 9 heyvan tələf oldu
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikililin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.
Yanğın hadisəsi nəticəsində 1300 ot bağlaması, sahəsi 100 m² və 40 m² olan 2 yardımçı tikilinin (tövlənin) dam örtüyünün yanar konstruksiyaları yanıb, içərisindəki 9 baş iribuynuzlu heyvan tələf olub. 300 ədəd ot bağlaması, ümumi sahəsi 16 m² olan digər 2 yardımçı tikili və sahəsi 325 m² olan fərdi yaşayış evi yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 11 Sentyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















