Icma.az
close
up
RU
Tovuzda gənc sevdiyi qıza görə özünü yandırdı Buna görə ondan imtina edirlər TƏFƏRRÜAT

Tovuzda gənc sevdiyi qıza görə özünü yandırdı Buna görə ondan imtina edirlər TƏFƏRRÜAT

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuzda istədiyi qıza görə özünü yandıran Masallının Mahmudavar kənd sakini, 1993-cü il təvəllüdlü Ceyhun Cabbarovun hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Gununsesi.info xəbər verir ki, yaxınlarının Teleqraf-a verdiyi məlumata görə, Ceyhunun atası Elşad Cabbarov oğlundan imtina edib.

Bildirilib ki, C.Cabbarov 3 yaşından uşaq evində böyüyüb. Onun bir bacısı var. Daha sonra anası övladlarını geri götürərək, Tovuza köçüb. Bir müddət birlikdə sözügedən rayonda yaşayıblar.

İddiaya görə, anasının ölümünə Ceyhun səbəb olub. Belə ki, o, valideynini dəfələrlə döyərək ondan pul tələb edib. Buna görə də anası 3-4 il əvvəl xəstəlik taparaq, dünyasını dəyişib.

Atası Elşad Cabbarov isə uzun illərdir Bakıya köçüb və ailə həyatı qurub, iki övladı var. Qeyd olunur ki, Ceyhun atasını da bir neçə dəfə öldürməyə cəhd göstərib. Buna səbəb kimi isə onların uşaq evinə atılması görstərilibmiş. Vurğulanır ki, Elşad Cabbarov onkoloji xəstədir və hazırda vəziyyəti ağırdır.

Ata oğlunun həyatına qəsd etməsini bilsə də, səhhəti ilə maraqlanmayıb. Elşad Cabbarova oğlunun qəsd etdiyi barədə xəbəri isə intihara cəhd göstərən şəxsin əmisi Elman Cabbarov verib.

Məlumata görə, əmisi də qardaşı oğlundan imtina edib. Vurğulanır ki, buna səbəb Ceyhunun bir neçə il əvvəl əmisi ilə dalaşması olub. Yaxınları bildirirlər ki, Elman qardaşı uşaqlarını illər əvvəl – həbsxanadan çıxdıqdan sonra himayəsinə götürmək istəsə də, buna icazə verilməyib. Adıçəkilən şəxsə məlumat veriblər ki, uşaqları yalnız ata və anası yenidən himayəyə götürə bilər. Lakin daha sonra qeyd olunduğu kimi, anası övladlarına sahib çıxıb.

Ceyhunun ata nənəsinə isə hadisə ilə bağlı heç bir məlumat verilməyib. Sözügedən şəxsin səhhəti ilə yeganə maraqlanmaq istəyən Ceyhunun bacısı olub. Lakin bunun da qarşısını onun əmisi Elman Cabbarov alıb.

Bildirilib ki, Ceyhun uzun müddət bacısı və onun yoldaşından zəng edərək pul istəyirmiş. Həmçinin qeyd olunur ki, dayısı onu Rusiyaya işləməyə aparmağa çalışsa da, Ceyhun razı olmayıb.

Yaxınları, həmçinin Ceyhunun qıza görə özünü yandırmağa cəhd göstərməsini əsas gətirərək, ondan imtina etdiklərini bildirirlər.

***

Masallı rayonunun Mahmudavar kənd sakini, 1993-cü il təvəllüdlü Ceyhun Cabbarov istədiyi qıza görə özünü yandırıb.

Gununsesi.info xəbər verir ki, hadisə Tovuz rayonunda qeydə alınıb.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən C.Cabbarovun bədəninin 60%-nin yandığı məlum olub.

İlkin məlumata görə, adıçəkilən şəxs sevdiyi qıza görə özünü yandırıb.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri