Bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur
Icma.az bildirir, Milli.az portalına istinadən.
Ölkəmizdə toy mərasimləri xüsusi təmtəraqlı keçirilir. Toy mərasimlərində israfçılığa son qoyulması illərdir müzakirə edilsə də, dəb dəbə hələ də müşahidə olunur.
Sosioloq Elçin Bayramlı hit.az-a deyib ki, bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur.
"Keçmişdə belə deyildi, bu, son vaxtlar bizim milli genetik xəstəliyimiz olan bəhsə düşmək, özünü başqalarına olduğundan üstün göstərmə xasiyyətlərinin inikasıdır. Sadə toy mərasimlərinin keçirilməsi üçün müəyyən bir çərçivə qoyulmalıdır. Bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır. Bir çox ölkələrdə belə dəbdəbəli, təntənəli, milyonların, qızılların göyə səpildiyi toy mərasimləri qadağandır. Bu kimi məsələlər kompleks şəkildə yuxarı təbəqələrdən gəlməli və aşağılara da qəbul etdirilməlidir. Əks halda bu artıq toy yox, sadəcə görməmişlik yarışıdır", deyə sosioloq bildirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 22 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















