Icma.az
close
up
RU
“Trabzonspor” Fatih Tekke ilə danışıqlara başladı

“Trabzonspor” Fatih Tekke ilə danışıqlara başladı

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Türkiyənin “Trabzonspor” klubu Türkiyə millisinin sabiq futbolçusu Fatih Tekke ilə baş məşqçi postu üçün danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Trabzonspor”un mətbuat xidməti məlumat yayıb.
“Fatih Tekke ilə baş məşqçi postu üçün danışıqlara başlamışıq. Martın 11-də o, klub prezidenti Serkan Kılıçla görüşəcək. Klub bu prosesin gedişi ilə bağlı məlumat verəcək”, - klubun mətbuat xidməti bildirib.
Qeyd edək ki, “Trabzonspor”un yetirməsi olan 47 yaşlı Tekke 1994-2000 və 2003-2006-cı illərdə klubda çıxış edib. O, həmçinin Türkiyənin “Qaziantepspor”, “Beşiktaş”, “Ankaragücü” və “Orduspor” klublarının da futbolçusu olub.
2006-2009-cu illərdə Rusiyanın “Zenit” klubunda çıxış edib, onunla UEFA kubokunu (indiki Avropa Liqası) və UEFA Superkubokunu qazanıb. 2007-ci ildə isə o, “Zenit” klubu ilə Rusiya çempionu olub. 2010-cu ildə Tekke Rusiyanın “Rubin” klubuna keçib.
1998-2007-ci illərdə futbolçu Türkiyə millisində çıxış edib. O, karyerasını bitirdikdən sonra “Denizlispor”, “İstanbulspor”, “Bursaspor” və “Alanyaspor” klublarına rəhbərlik edib.
Xatırladaq ki, “Trabzonspor” Türkiyə çempionatının cari mövsümündə 11-ci pillədə qərarlaşıb. 25 oyundan sonra komanda 32 xal toplayıb.
Ötən mövsüm komanda Türkiyə çempionatında üçüncü yeri tutub və ölkə kubokunun finalına yüksəlib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri