“Traktor“ İrandan FIFA ya şikayət etdi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Təbrizin "Traktor" klubu İran Futbol Federasiyasından (FFIRI) FIFA-ya şikayət edib.
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun idarə heyəti tərəfindən imzalanan və FIFA-nın baş katibinə ünvanlanan müraciət üç əsas istiqaməti əhatə edir.
Şikayətdə ilk növbədə fors-major prinsiplərinin pozulması, oyunların təhlükəsizliyi və ədalətli idarəetmənin olmaması qeyd edilib.
Ən ciddi bölmə isə "Traktor" klubuna və onun milli üzvü olan futbolçularına qarşı davam edən etnik və irqi ayrı-seçkilikdir. Klub rəhbərliyi federasiyanın bu təhqirlərə qarşı səssiz qaldığını və qərəzli mövqe nümayiş etdirdiyini bildirib.
Həmçinin Video Köməkçi Hakim (VAR) sisteminin tətbiqindəki natamamlıqlar da şikayətə əlavə olunub.
Qeyd edək ki, klub sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın çempionatdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Fevral 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















