Icma.az
close
up
RU
Tramp 5 milyona “qızıl kart” satacaq

Tramp 5 milyona “qızıl kart” satacaq

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkədə iş yeri yaradacaq əcnəbilərə “qızıl kart”ların 5 milyon dollara satılacağını açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Tramp bu kartın  ölkədə iş yeri açacaq xarici investorlara yaşayış icazəsi və vətəndaşlıq yolunu açacağını deyib.

O, bu sözləri Oval ofisdə icra sərəncamlarını imzaladıqdan sonra deyib:

“Bu karta təxminən 5 milyon dollar qiymət etiketi qoyacağıq və bu, sizə “yaşıl kart” imtiyazlarını verəcək. Eyni zamanda, vətəndaşlıq üçün bir qapı olacaq”. 

Zəngin insanların bu kartı alıb ABŞ-yə gələcəyini bildirən Tramp onların çoxlu pul xərcləyəcəklərini, çoxlu vergi ödəyəcəklərini və çox sayda şəxsi işlə təmin edəcəklərini bildirib. Tramp bunun son dərəcə uğurlu olacağını düşünür və növbəti iki həftə ərzində proqramı təqdim edəcək. 

Tramp bu kartlardan 1 milyon və ya daha çoxunu sata biləcəklərini deyib: 

“Məsələn, 1 milyon kartın dəyəri 5 trilyon, 10 milyon kart satsaq, ümumilikdə 50 trilyon dollar olacaq. 35 trilyon dollar borcumuz var". Bütün ölkələrdən insanların bu “qızıl kart” üçün uyğun olub-olmayacağı sualına Tramp bunun vəziyyətdən asılı olaraq dəyişəcəyini və bu kartın satılacağı insanların diqqətlə araşdırılacağını bildirib. Rusiyalı oliqarxların “qızıl kart” almaq hüququ olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib:

"Bəli, yəqin. Bəzi rus oliqarxlarını tanıyıram, onlar çox yaxşı insanlardır". 

Ticarət naziri Hovard Lutnik də EB-5 investor vizasını "cəfəngiyyat" adlandırıb və bunun yaşıl kartı aşağı qiymətə əldə etməyin bir yolu olduğunu müdafiə edib. EB-5 proqramını bitirəcəklərini deyən Lutnik Trampın bu proqramı “qızıl kart” proqramı ilə əvəz etmək istədiyini açıqlayıb. 

Lutnik “qızıl kart”ları satılacaq şəxslər haqqında belə deyib: “Əlbəttə ki, onlar yoxlanışdan keçməli olacaqlar, lakin dünya standartlarına uyğun böyük qlobal vətəndaşlar olduqlarına əmin olmaq üçün Amerikaya gələ bilərlər" . 

Lutnik qeyd edib ki, bir çox başqa ölkələr, o cümlədən onun “51-ci dövlət” kimi təsvir etdiyi Kanada da bu proqramı həyata keçirib. Qeyd edək ki, “yaşıl kart” (green card) sahiblərinə ABŞ-də qeyri-müəyyən müddətə yaşamaq və işləmək hüququ verir. ABŞ-də sərmayəçi immiqrantlar üçün nəzərdə tutulmuş viza proqramı olan EB-5 həm də ölkəyə müəyyən məbləğdə investisiya yatırmaqla və iş yerləri yaratmaqla yaşıl kart əldə etməyə imkan verir. 

Nigar 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri