Tramp: ABŞ Ukraynaya verilən sursatdan daha çoxunu İranda istifadə edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı böyük həcmdə sursatdan istifadə etdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ hazırda orta və yüksək kateqoriyalı sursat ehtiyatlarına, demək olar ki, limitsiz həcmdə malikdir. Tramp bildirib ki, bu ehtiyatlar istənilən müharibədə istifadə oluna biləcək həcmdən xeyli çoxdur.
ABŞ Prezidenti qeyd edib ki, ölkədə sursat istehsalı indiyədək görünməmiş səviyyəyə çatdırılıb və mümkün fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə ehtiyatların artırılması davam etdirilir.
“Biz onları başqalarına satmaq əvəzinə özümüz – ABŞ üçün saxlayırıq. Bununla belə, müttəfiqlərimizə satış tezliklə yenidən başlayacaq”, – Tramp bildirib.
O, həmçinin ABŞ-nin Ukraynaya Co Bayden administrasiyası dövründə verdiyi sursatın miqdarından daha çoxunu İrandakı əməliyyatlarda istifadə etdiyini iddia edib.
Trampın sözlərinə görə, Ukraynaya yüz milyardlarla dollar həcmində yardım göstərilib və bunun əvəzini Avropa ödəməli idi. ABŞ Prezidenti bildirib ki, Vaşinqton həmin vəsaitin geri qaytarılmasını tələb edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Sentyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















