Icma.az
close
up
RU
Tramp absurd vəziyyətdə: Putindən rədd cavabı aldı, ancaq özünü sındırmır...

Tramp absurd vəziyyətdə: Putindən rədd cavabı aldı, ancaq özünü sındırmır...

Icma.az bildirir, Sitat.info portalına istinadən.

"Putin növbəti dəfə Trampı istədiyi kimi yönləndirməyə nail olub. Ötən gün baş tutan telefon söhbətində Putin bildirib ki, Rusiya Ukrayna ilə tezliklə masaya oturub həm atəşkəs, həm də ümumən məsələnin həlli barədə danışıqlara başlamağa hazırdır. Halbuki problem tərəflərin masaya oturmaması yox, Putinin istər atəşkəs, istərsə də yekun həll üçün qəbulolunmaz şərtlər irəli sürməsidir. İstanbuldakı son görüşdə Rusiya tərəfi ultimativ tələblərini bir daha təkrarlayıb". 

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. 

O bildirib ki, Rusiya danışıqlar prosesini imitasiya etməklə  2 mühüm məqamdan diqqəti yayındırır: "Trampın qeyd-şərtsiz 30 günlük atəşkəs və 22 maddəlik sülh planı Putin tərəfindən rədd edilib. Bununla əslində ABŞ-ın Rusiyaya qarşı sanksiya rejimini ağırlaşdırması və ümumən bu istiqamətdə əvvəlki, ənənəvi siyasətə dönməsi üçün əsas yaranıb. Bu barədə Tramp özü və onun komanda üzvləri indiyə qədər dəfələrlə açıqlama veriblər və Senatda müvafiq qanun layihəsi də hazırlanıb.

Lakin Tramp öz missiyasının nəticəsiz bitdiyini, təkliflərinin Putin tərəfindən rədd olunduğunu qəbul etmək istəmir. Çünki bu durumun təsbiti halında Rusiyaya qarşı təzyiq siyasətini bərpa etmək məcburiyyətində qalacaq".

Ş.Cəfərlinin fikrincə, Trampın mövqeyi absurd mənzərə yaradır: Belə çıxır ki, növbəti görüşlərdə heç bir nəticə əldə olunmasa belə Rusiyanın imitasiya diplomatiyanı davam etdirməsi kifayət edəcək ki, o, ABŞ-ın basqısından yayınıb, müharibəni istədiyi qədər davam etdirsin. Hətta işğalçının ultimatumlarını rədd edib masadan qalxacağı təqdirdə, Ukraynanın Trampın gözündə danışıqları pozan qeyri-konstruktiv tərəfə çevrilməsi də mümkündür.

Bütün bunlara rəğmən ehtimal var ki, Konqres, dövlət aparatı, eləcə də avropalı müttəfiqlər yenidən Trampın mövqeyinə təsir edib, onu doğru, məqbul istiqamətə yönəldə biləcəklər".

Aytac,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri