Tramp administrasiyası Qrenlandiyanı almaq üçün hərbi yolu müzakirə edir
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın alınması üçün bir sıra variantları müzakirə edir, Silahlı Qüvvələrinin istifadəsi də istisna edilmir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt CNN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp Qrenlandiyanı ABŞ-ın milli təhlükəsizliyi üçün prioritet və Arktika regionunda rəqiblərin qarşısının alınmasında əsas element hesab edir.
“Prezident və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və əlbəttə ki, Amerika silahlı qüvvələrinin istifadəsi Ali Baş Komandanın ixtiyarında olan alətlərdən biri olaraq həmişə qalır”, – Livitt vurğulayıb.
CNN-nin mənbələrin məlumatına görə, Dövlət Departamenti Rubionun komandasının sorğusu əsasında Qrenlandiyanın təbii ehtiyatları, xüsusilə də nadir torpaq elementləri ilə bağlı təhlil hazırlayıb. Sənəddə qeyd olunur ki, ehtiyatların həcmi barədə etibarlı qiymətləndirmələr yoxdur və sərt iqlim şəraiti və infrastrukturun olmaması səbəbindən onların hasilatı son dərəcə baha başa gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 07 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















