Tramp administrasiyasının məqsədi Kreml Tehran arasındakı ittifaqı zəiflətməkdir Politoloq
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində “bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm” səsləndirməklə hiyləgər gediş edib. Putin Trampın təklifinə dərhal razılaşıb. Kreml sahibi düşünüb ki, Trampın ona işə düşübsə, deməli Vaşinqton həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacaq, həm də yaxın gələcəkdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılacaq".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər.
"Ancaq Tramp administrasiyasının ana məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla Kreml-Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir, ali dini lider Əli Xameneyi Prezident Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib. Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər, yəni Putinin sözünü yer salacaqlar. Vaşinqtona da bu lazımdır".
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















