Tramp Aİ yə rüsumları azaltmaqdan imtina etdi
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ölkələri üçün rüsumların 15%-dən aşağı salınmayacağını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşdə müxbirin “Aİ-yə daha aşağı tarif dərəcəsi təklif edilə bilərmi?” sualına cavab olaraq “Yaxşısı aşağı deməkdir? Xeyr” deyə cavab verib.
Xatırladaq ki, iyulun 12-də Tramp avqustun 1-dən etibarən Aİ-dən gətirilən məhsullara 30%-lik idxal rüsumu tətbiq ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, əgər Avropa ölkələri buna cavab olaraq öz rüsumlarını artırsa, ABŞ da əlavə tarif tədbirləri görəcək.
Məsələ ilə bağlı açıqlama verən Ursula fon der Leyen bildirib ki, Aİ qarşılıqlı tədbirlər planı hazırlayıb, lakin hazırkı mərhələdə bu addımı atmaq niyyətində deyil və problemi danışıqlar yolu ilə həll etməyə çalışır.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 27 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















