Icma.az
close
up
RU
Tramp Ankaradan yük maşınında qaçırıldığını TƏSDİQLƏDİ

Tramp Ankaradan yük maşınında qaçırıldığını TƏSDİQLƏDİ

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp 8 iyulda NATO sammitindən sonra Türkiyəni tərk edərkən təhdidlərə görə təyyarəsini dəyişdiyinə dair yayılan xəbərləri təsdiqləyib.

“Cebheinfo.az”-ın “Armenpress”-a istinadən məlumatına görə, o, bu açıqlamanı Ohayodan qayıdarkən jurnalistlərlə söhbətində verib.

"Bu, tamamilə Gizli Xidmətin işidir. Mən sadəcə onların təlimatlarını yerinə yetirirəm. Yəni Gizli Xidmətin və hərbçilərin təlimatlarını yerinə yetirirəm. Onlar mənim fərqli bir təyyarə ilə getməyimi istədilər. 

Təhlükəsizlik tədbirləri eyni idi, amma onlar mənim bunu etməyimi istədilər, mən də ona görə etdim. Dediklərini edirəm", - deyə Tramp bildirib.

Tramp təhdid olduğunu düşündüyünü deyib: 

“Bu barədə çox sual vermədim, amma çox təhdidlər alıram".

Xatırladaq ki, ABŞ mediasının məlumatına görə, Ankarada keçirilən NATO sammitindən sonra İrandan gələn sui-qəsd təhdidi səbəbindən Tramp gizli şəkildə prezident təyyarəsindən düşürülərək  yük maşınına mindirilib. Daha sonra hərbi təyyarəyə aparılıb. Hətta onun komandasının bəzi üzvlərinin də əməliyyatdan xəbərsiz olduğu bildirilir. 

Trampla birgə təyyarədə olan jurnalsitlər də köçürülmə əməliyyatından xəbərsiz olub. Mənzil başına çatanda Tramp onlarla yenidən bir araya gəlib.

Bu məlumatdan sonra bəzi televiziya şərhçiləri Trampın köməkçilərinin və Air Force One təyyarəsində uçan jurnalistlərin təhlükədə olub-olmadığı sualını veriblər. Tramp da jurnalistlərlə söhbətində bu məsələyə toxunub.

"Düşünürəm ki, olduğum təyyarə əslində daha böyük təhlükədə idi, çünki onların həmin təyyarəni hədəf alma ehtimalı daha yüksək idi", - deyə o bildirib.

Xatırladaq ki, NATO sammiti 7-8 iyul tarixlərində Ankarada keçirilib. Mənbələr qeyd edirlər ki, Tramp Türkiyəyə Qətərdən hədiyyə edilən yeni prezident təyyarəsi ilə uçub.

Sammitdən sonra kameralar və jurnalistlərin gözü qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. Ancaq ABŞ Prezidenti həmin təyyarə ilə Böyük Britaniyaya uçmayıb, çünki Gizli Xidmət Trampı gizli şəkildə başqa bir təyyarəyə keçirib və o, bu təyyarə ilə Böyük Britaniyaya gedib. Orada da təkrar jurnalistlərin qarşısına çıxıb.

Xəzər
“Cebheinfo.az”

 

Açar sözlər: Tramp Ankara

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri