Tramp BCM sanksiya tətbiq etdi... BCM 125 dövləti birləşməyə çağırdı
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ABŞ prezidenti Donald Trampın ona qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.
Bu barədə qurumun yaydığı məlumatda bildirilib.
“ICC Birləşmiş Ştatların öz məmurlarına qarşı sanksiyalar tətbiq etmək və onun müstəqil və qərəzsiz məhkəmə işinə xələl gətirmək məqsədi daşıyan sərəncamın verilməsini pisləyir”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, məhkəmə öz işçilərini qətiyyətlə dəstəkləyir və “ədalətin bərqərar olmasını təmin etməyə davam etmək” öhdəliyinə sadiqdir.
Məhkəmə bütün 125 üzv dövləti və vətəndaş cəmiyyətini ədalətə nail olmaq üçün birləşməyə çağırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verdiyi üçün Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiya tətbiq edən sərəncam imzalayıb.
Mövsüm
AzNews.az
Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















