Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

TRAMP “BİTDİ” DEDİSƏ BİTDİMİ? İranın təklifi Trampı qane etmir, SEPAH isə...

TRAMP “BİTDİ” DEDİSƏ BİTDİMİ? İranın təklifi Trampı qane etmir, SEPAH isə...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı". Məlum olduğu kimi, Ağ Evin ABŞ Konqresinə ünvanladığı son müraciətdə belə deyilir.

Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi həmin müraciətdən belə nəticə çıxarıla bilər ki, bununla da ABŞ-nin İrana hərbi müdaxiləsi və bunun ətrafında baş verən hərbi-siyasi və iqtisadi proseslər yekunlaşdı, bitdi.

Lakin real mənəzərə tamamilə başqadır və Trampın “bitdi” deməsi əsl mənada bitmək demək deyil və onun Konqresə müraciətinin arxasında fərqli səbəblər var.

Hələ bir həftə əvvəl “The New York Times” qəzeti qeyd etmişdi ki, ABŞ qanunvericiliyi Prezidentin Konqresin təsdiqi olmadan 60 gündən çox müharibə aparmasını qadağan edir. Bu müddət isə mayın 1-də bitirdi. Keçən dövr ərzində Konqresdəki demokratlar artıq beş dəfə hərbi əməliyyatları dayandırmaq və Trampı qanunvericilərlə məsləhətləşməyə məcbur etmək üçün qətnamələr qəbul etməyə çalışıblar. Respublikaçılar bunların hamısını səs çoxluğundan istifadə edərək bloklayıblar. Lakin artıq respublikaçıların da bəziləri qanuni məhdudiyyətin onlar üçün vacib olduğunu açıq şəkildə bəyan etməyə başladılar.


Respublikaçı senator Con Körtis aprelin əvvəlində bəyan etdi ki, Konqresin təsdiqi olmadan 60 günlük müddətdən sonra hərbi əməliyyatların davam etdirilməsini dəstəkləməyəcək. Ardınca, digər bir neçə respublikaçı da eyni mövqedən çıxış etdi. Bu gedişat Trampı Konqreslə ağır qarşıdurma, sorğu-sual müstəvisinə çəkirdi.

Beləliklə, mayın 1-dən etibarən Trampın əsasən üç seçimi qalırdı: Konqresdən hərbi əməliyyatları davam etdirmək üçün icazə istəmək, müharibəni bitirmək və qanunun qoyduğu məhdudiyyətləri hansısa digər yollarla aşmağa cəhd etmək.

Göründüyü kimi, Tramp ikinci və üçüncü variantın qarışığından ibarət bir yol seşdi. Müharibənin guya bitdiyini elan etdi, amma bunu sadəcə, qanunun qoyduğu məhdudiyyəti aşmaq üçün etdi. Reallıqda isə regionda qeyri-müəyyənlik və hər an hərbi qarşıdurmanın bərpa edilməsi təhlükəsi qalır.

Trampın “bitdi” müraciəti ilə paralel olaraq, ABŞ Maliyyə Naziri Skott Bessent bəyan edib ki, İran limanlarının blokadası naviqasiya azadlığı, o cümlədən Hörmüz boğazından maneəsiz keçid tam bərpa olunana qədər qüvvədə qalacaq. Onun açıqlamasına görə, İrana qarşı məhdudiyyətlərin qaldırılması üçün ilkin şərt 27 fevraldan əvvəlki vəziyyətə qayıtmaqdır.

Ümumilikdə isə sülh razılaşması şərtləri ətrafında “get-gəllər” davam edir. “The Wall Street Journal” mötəbər mənbələrə istinadla məlumat yayıb ki, yeni sülh təklifilə çıxış edən İran danışıqların bərpası üçün ABŞ-yə qarşı əvvəlki tələblərini yumşaldıb. Tehran İran limanlarının ABŞ tərəfindən blokadasının qaldırılması ilə eyni vaxtda Hörmüz boğazının açılmasını təklif edib. Hansı ki, İran daha əvvəl sadəcə, danışıqların davamı üçün ilkin şərt olaraq ABŞ-dən blokadanın qaldırılmasını tələb edirdi və boğazı açacağına söz vermirdi.

Yeni təklifdə İran ABŞ-nin hücumlarına son qoyulması və ABŞ sanksiyalarının ləğvi zəmanəti müqabilində nüvə məsələlərini də müzakirə etməyə hazır olduğunu bildirib.

Nəşrin mənbələri əlavə ediblər ki, ABŞ bu təklifi təsdiqləsə, İran tərəfi gələn həftə Pakistanda yeni danışıqlar raunduna hazırdır. Buna baxmayaraq, WSJ mənbələrinin də qeyd etdiyi kimi, tərəflər Hörmüz boğazında gəmiçilik və İranın nüvə proqramı ilə bağlı "əsas məsələlərdə çox fərqli mövqedədir".

Donald Tramp isə İranın yeni sülh təklifini tənqid edib, lakin bununla yanaşı, iki tərəfin dialoqu davam etdirdiyini qeyd edib.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) aqressiv bəyanatları davam edir. SEPAH-ın Dəniz Qüvvələri Komandanlığı bəyan edib ki, "Fars körfəzinin idarə olunması üçün yeni qaydalar" İranın Ali Lideri Müctəba Xamenei tərəfindən müəyyən ediləcək: "Fars körfəzinin idarə olunması üçün yeni qaydalar və şərtlər Ali Liderin rəhbərliyi altında müəyyən ediləcək və tətbiq ediləcək".

Komandanlıq bildirib ki, SEPAH "Fars körfəzinin İran sahil xəttini və Hörmüz boğazının təxminən 2000 kilometrini" nəzarətdə saxlayacaq və bu su yolunu İran üçün "dolanışıq mənbəyinə", eləcə də "bölgə üçün təhlükəsizlik və rifah mənbəyinə" çevirəcək.

Göründüyü kimi, tərəflərin ortaq məxrəcə gəlməyə yaxın olduğuna dair heç bir ciddi əlamət görünmür. Deməli, zatən sözünün çəkisi çoxdan itmiş Trampın “bitdi” deməsi heç də reallıqda bitmək demək deyil...

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 May 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri