Tramp bu ölkələri əlavə tariflərlə hədələdi
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.
"BRİKS anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə əlavə 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!", - Tramp qeyd edib.
ABŞ prezidenti BRİKS-in “antiamerikan siyasəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
BRİKS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra Cənubi Afrika bloka, ardınca isə ötən il Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq etmişdi.
Gülayə Mecid
Baxış sayı:122
Bu xəbər 07 İyul 2025 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















