Icma.az
close
up
RU
“Tramp dünyanı yenidən şəkilləndirir və Ukraynada kompromiss axtarır” Taleh Şahsuvarlı ilə MÜSAHİBƏ

“Tramp dünyanı yenidən şəkilləndirir və Ukraynada kompromiss axtarır” Taleh Şahsuvarlı ilə MÜSAHİBƏ

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

Demokrat.az-ın suallarını AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı cavablandırır
- ABŞ-Rusiya, ABŞ-Ukrayna münasibətləri fonunda prezident Donald Tramp gözlənilməz, yaxud heyrət doğuran gedişlər edir. Bu gedişləri necə şərh edərdiniz?
-Bu suala cavab vermək üçün ilk növbədə Tramp administrasiyası ABŞ-da hansı sosial və ideoloji təbəqələri təmsil etdiyinə baxmaq lazımdır. Tramp administrasiyası əsasən mavi yaxalı işçiləri, işsizlikdən əziyyət çəkən əyalətləri, millətçi və mühafizəkar dairələri təmsil edir. Onun ilk baxışda populist təsiri bağışlayan ritorikası və "Öncə Amerika" şüarı mühafizəkarların və qlobalizmdən narazı olanların dəstəyini qazandı. Tramp status-kvoya meydan oxuyaraq siyasi elitaya güvənməyən təbəqələri özünə cəlb edə bildi. Bu baxımdan Trampın heç bir qərarı, açıqlaması, addımı gözlənilməz deyil, tam əksinə, düşünülmüş bir strategiyanın elementləridir. Tramp bəzi transmilli media qurumlarının yaratdığı imicin əksinə, rasional, praqmatik və qətiyyətli liderdir. O, başa düşür ki, Çin bu gedişlə dünya lideri olacaq, onun ölkəsi isə, bürokratiya, korrupsiya, yanlış xarici siyasət içərisində çabalayır. Bu çabalama bizim təsəvvür etdiyimiz mənada “acından ölmək” problemi deyil, dinamikadadır. ABŞ iqtisadi və geopolitik dinamikasını nəzarətdə saxlamasa, öz liderlik mövqeyini Çinə uduza bilər.
- ABŞ və Çin arasında rəqabət ABŞ üçün hansı risklər daşıyır?
- Trampa qədər ABŞ-ın Çinlə rəqabəti iqtisadi asılılıq, texnologiya oğurluğu, ticarət defisiti və strateji üstünlüyün itirilməsi kimi risklər daşıyırdı. Çin, iqtisadi baxımdan güclənir və gücləndikcə ABŞ-ın liderliyinə meydan oxuyur. Tramp bu təhdidləri daha da konkretləşdirərək, "ticarət müharibələri" və texnoloji mübahisələr vasitəsilə Çin üzərində təzyiqləri artırdı. Eyni zamanda, Çinlə rəqabətdən ABŞ-ın qalib ayrılması üçün ABŞ-da islahatlar aparılmasına ehtiyac var. Tramp bu tələbatdan çıxış edərək ABŞ daxilində infrastrukturun yenilənməsi, sənaye istehsalının artırılması, texnologiya sahəsində araşdırmaların dəstəklənməsi və ticarət balansının bərpası üçün islahatlar həyata keçirməyə can atır. Bununla yanaşı, təhsil sisteminin gücləndirilməsini və enerji müstəqilliyinin təmin edilməsini də vacib sayır. Ancaq bu istiqamətdə atılan addımlar nə qədər uzunmüddətli təsirə malik olacaq? Bu suala birmənalı cavab vermək mümkün deyil.
- ABŞ Çinlə rəqabəti udmaq üçün Ukraynaya maliyyə axınını dayandırması praqmatik bir qərar sayıla bilərmi?
- Əlbəttə, bu yanaşma qısa müddətdə resursları Çinə qarşı fokuslamaq baxımından praqmatik görünə bilər. Lakin uzunmüddətli perspektivə nəzər salsaq, Ukraynanı dəstəkləməmək ABŞ-ın Avropadakı təsir gücünün zəifləməsinə və hətta Rusiyanın güclənməsinə gətirib çıxara bilər. Bunlar da öz növbəsində ABŞ-ın qlobal liderliyinə mənfi təsir göstərə bilər.
- Geopolitik baxımdan ABŞ həm Rusiyaya, həm də Çinə eyni anda "savaş" aça bilməz. Bu halda ABŞ-ın Ukrayna sorununu çözməyə tələsməsi təbii deyilmi?
- Məlum məsələdir ki, ABŞ eyni vaxtda iki böyük güclə mübarizə aparmaqda çətinlik çəkə bilər. Ukrayna məsələsini həll edərək Rusiyanı neytrallaşdırmaq və Rusiyanı Çinə, İrana qarşı mübarizədə potensial tərəfdaşa çevirmək, yedəyinə almaq ABŞ-ın strategiyası baxımından ağıllı addımdır. Risk isə ondadır ki, ABŞ Rusiyanı öz yedəyində nə qədər saxlaya biləcək? Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təcrübəsi də nəzərə alınmalıdır. Əleydarları da etiraf edir ki, Putin son dərəcə məharətli siyasi şahmatçıdır və mükəmməl kombinasiyalar qura bilir. Ərdoğan, Putin, Merkel- bunlar dünya siyasətinin ağır fiqurlarıdır, Makron, Zelenski və bu kimi səthi siyasətçilərlə müqaayisə oluna bilməzlər, hərçənd Merkel aktiv siyasətdən uzaqlaşıb.
- ABŞ Ukraynanı qurban verir?
- Doğrusu, ABŞ üçün Ukrayna strateji bir ərazidir- həm sərvətləri, həm lokasiyası, həm də Slavyan dünyasındakı spesifikası baxımından. Lakin ABŞ öz maraqlarını qorumaq üçün bu ölkəni hazırda bir vasitə kimi istifadə edir. Daha açıq desək, ABŞ həm Ukraynanı tam qurban vermək istəmir, eyni zamanda, öz maraqlarını da arxa plana atmır. Odur ki, ABŞ Ukrayna məsələsində kompromis axtarışındadır, fəqət bu komromisin əldə edilməsi üçün Tramp ilk növbədə Zelenskini piyada kimi fəda edir.
- Ukrayna savaşından ciddi əziyyət çəkmiş Rusiya da bu kompromissə getməyə meyilli deyilmi?
- Rusiya iqtisadi və siyasi baxımdan zəiflədikcə, ABŞ-a xeyli dərəcədə ehtiyacı yaranır. Lakin bu möhtaclıq Rusiyanı Çinlə daha sıx tərəfdaşlığa da itələyə bilər. Rusiya-Çin tərəfdaşlığı güclənərsə, ABŞ üçün yeni bir təhlükə yarana bilər. Odur ki, ABŞ daha hərtərfli tədbirlər görməyə məcburdur.
- Rusiyanı yanına almağı planlaşdıran ABŞ-a dünyada bir çox konfliktlərin bitməsi, o cümlədən Yaxın Şərqdəki münaqişələrin sonlanması nə qədər lazımdır?
- Ona görə lazımdır ki, bu, ABŞ-ı Çindənkənar dünyada əsas söz sahibi edəcək, Avropa Birliyinin də ABŞ-a biət etməsi fonunda Tramp ABŞ-ı yenidən dünya liderinə çevirəcək. Rusiyanın neytrallaşdırılması və ya ABŞ-ın yanında yer alması qlobal konfliktlərin azalmasına gətirib çıxara bilər. Bunu Suriyanın timsalında görürük. Bu, ABŞ-ın Avropa və digər regionlarda daha güclü mövqeyə sahib olmasına da imkan verə bilər. Trampın "dünya lideri" vizyonunu reallaşdırmaq üçün bu cür strateji manevrlər həyati əhəmiyyət daşıyır. Amma Yaxın Şərqdə başqa bir “ilana ağı verən” də var- İran!
- Yəni ABŞ İran problemindən də xilas olmalıdır?
- İlk baxışdan belə görünür ki, ABŞ İranla münaqişəni danışıqlar, iqtisadi təzyiqlər və ya regional müttəfiqlərin dəstəyi ilə həll etməyə çalışacaq. Ancaq çox güman ki, Suriyadakı proksi qüvvələr İrana hərbi savaş açacaq. İranın nüvə silahı yaratmaq potensialından məhrum edilməsi Yaxın Şərqdəki digər problemlərin həllini də asanlaşdıra bilər. Ancaq nəzər almalıyıq ki, İranın çox ciddi problemləri var- siyasi rejim, iqtisadi və milli məsələlər. O üzdən İran ABŞ qarşısında Çin qədər təhlükə deyil, necə deyərlər, canı bir şapalaqlıqdır.
- Bəs, dünyada gedən bu proses Azərbaycan üçün əslində əlverişli şərtlər yaratmırmı?
- Bir şeyi nəzərə almalıyıq ki, dünya yenidən nizamlanır. Bu nizamlama prosesinə biz Cənubi Qafqazın lider dövləti olaraq qoşuluruq. Bu baxımdan ABŞ-Çin və ABŞ-Rusiya rəqabəti fonunda Azərbaycan üçün seçimlər daha da artır. Azərbaycanın həm enerji resursları, həm də tranzit imkanları Qərb və Şərq arasında körpü rolunu oynayır. Bu da ölkəmizin regional və qlobal səviyyədə daha təsirli bir oyunçuya çevrilməsi üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevin dünyanı düz oxuması, biliyi, təcrübəsi və fəhmi bizim üçün, dövlətimiz üçün olduqca mühüm resursdur.
Leyla Turan
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb

25 Mart 2025 18:50see401

Qorxulu yuxuları həkimə danışın

25 Mart 2025 01:01see142

ABŞ və UKRAYNA ARASINDA YENİ RAZILAŞMA OLDU Rüstəm Umerov detalları açıqladı

25 Mart 2025 21:01see133

Uşaq evinin sakinləri Neftçi nin qonağı oldular

25 Mart 2025 21:41see130

Əməkdar artistin 4 milyona tikdirdiyi villasından GÖRÜNTÜLƏR

25 Mart 2025 12:13see130

Smartfonu dəyişmək üçün ən optimal müddət

25 Mart 2025 06:24see127

Gəncə sakini evinin eyvanında özünü asıb

25 Mart 2025 11:47see126

Karasin: “ABŞ la danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”

25 Mart 2025 11:34see124

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

25 Mart 2025 19:50see122

Ən etibarlı enerjidoldurma şəbəkələri açıqlandı

25 Mart 2025 04:32see121

Amerikalı UFC çempionu 5 il müddətinə azadlıqdan məhrum edilib

25 Mart 2025 13:13see120

Ermənilərə qardaş xəyanəti : Azərbaycanla bağlı FOTO lobbini hərəkətə keçirdi

26 Mart 2025 06:02see119

Real 600 milyon avrodan çox gəlir əldə etdi

25 Mart 2025 10:39see119

Saleh Bağırov babasından yazdı FOTO

25 Mart 2025 06:07see119

İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ

25 Mart 2025 20:13see113

Piramidaların tarixini yenidən yazacaq kəşf Sirli skeletlər

26 Mart 2025 02:38see112

Qərarını Messiyə görə verdi

25 Mart 2025 23:39see111

Azarkeşlərin, futbol ictimaiyyətinin sevinəcəyi günlər gələcək Fernando Santuş

26 Mart 2025 01:05see109

İranda dəhşətli sel ciddi fəsadlar törətdi

25 Mart 2025 23:24see107

Kamal Bayramov: Guya nə vaxt yüksək nəticə vermişdik ki...

25 Mart 2025 12:01see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri