Icma.az
close
up
RU
Статья не опубликована
Yubilyarın profili: Qüdrət Həsənquliyev 60! Taleh Şahsuvarlı yazır

Yubilyarın profili: Qüdrət Həsənquliyev 60! Taleh Şahsuvarlı yazır

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixin sətirləri arasında gizlənən həqiqətləri tapmaq, o gerçəkliklərin yaranmasında və yayılmasında rol oynamış şəxsiyyətlərin profilini çizmək asan olmadığı qədər də maraqlıdır. Bu mənada Azərbaycan tarixində çox böyük rəğbət diuyduğum şəxsiyyətlərdən biri Əlimərdan bəy Topçubaşovdur. Əlimərdan bəyin ömür yoluna, ictimai-siyasi fəaliyyətinə və çağdaş Azərbaycanın ərsəyə gəlməsindəki fədakarlıqlarına geniş nəzər salmaq istəmirəm, amma Topçubaşovun profilini üç cümlə ilə ifadə etməkdən də geri durmayacam.

O, Ədalət adamı idi.
O, Hüquq adamı idi.
O, Demokratiya adamı idi.

Heç düşünmüsünüzmü, müasirlərimiz arasında bu cür əminliklə Ədalət adamı, Hüquq adamı, Demokratiya adamı deyə biləcəyimiz kim var?

Ümumiyyətlə, varmı?

Bəli, var!

Qüdrət Həsənquliyev- bu gün 60 illiyini qeyd edən və müstəqil Azərbaycanın ictimai-siyasi arenasında ilk növbədə öz ləyaqəti ilə önə çıxan, gəldiyi yubiley yaşının tən yarısına şahid olduğum
Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədri.

Məqsədim keçmiş və müasir dövlət xadimlərimizi, siyasət adamlarımızı tutuşdurmaq, qiyaslamaq deyil, bir orta çağ və Şərq toplumu olmaqdan çıxıb Cənubi Qafqazın ən qüdrətli respublikasına çevrilməyimizlə nəticələn AYDINLIQ YOLUnda hədəflər və xarakterlər uyğunluğunun yaratdığı nümunələr fonunda milli mücadiləmizin səciyyələrinə bir az fərqli pəncərədən baxmaqdır.

Azərbaycan ali təhsil müəssisələrinin az qala peşə məktəbi kimi “iş yeri tapmaq üçün diplom” verdiyi bir zamanda Qüdrət Həsənquleyev peşəkar hüquqşünasdır.

Siyasətlə məşğul olduğunu zənn edən dar düşüncəli, marginal, burnundan uzağı görə bilməyən yüzlərlə xudpəsəndin ömürləri yediyi Azərbaycanda Qüdrət Həsənquliyev təmkinli, tədbirli, təcrübəli politikaçıdır.

İctimai düşüncə müəssisəmizin sıradan çıxarılması, milli zehniyyətimizin zəhərlənməsi, tarixi şüurumuzun manipulyasiya edilməsi üçün “Troya atları”nın şahə qalxdığı bir məmləkətin üfüqünü genişlədən vətənpərvər düşüncə adamıdır Qüdrət Həsənquliyev.

Məmləkətimizdə siyasət meydanının genişlənməsinə, insan haqq və hürriyyətlərinin inkişaf modelimizin təməlinə çevrilməsinə çalışan fəal millət vəkilidir.

Aqressiv yox, proqressivdir!

Macəraçı yox, realistdir!

Məntiqli, rasional, sekulyardır.

Hər gün qarşımızıa “Yotube” kanallarında çox sayda müzakirələr, debatlar çıxır.

Etiraf edək ki, müzakirə və mübahisələrin çoxu cəmiyyətimizdə siyasət adamlarına qarşı ikrah doğurur.

Efirdə nəzakətli və kübar insanları görəndə sevinirik.

Öz alicənablığı ilə bizi sevindirən adamlardandır.

İnsanların uğuruna daxilən sevinən, bunun üçün daxilindən gələn bir səmimiyyətlə bacardığı dəstəyi əsirgəməyən ürək sahibidir.

Dürüst, el dilincə, görüb-götürmüş, bir kəlimə ilə desəm, MƏRD QARDAŞdır!

60 illik yubileyini səmimi qəlbdən təbrik edirəm, Qüdrət bəy!

Taleh ŞAHSUVARLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Yanvar 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri