Icma.az
close
up
RU
Tramp edib dedi, Kreml susdu: Putindən Bakı İrəvan razılaşmasına ilginc reaksiya

Tramp edib dedi, Kreml susdu: Putindən Bakı İrəvan razılaşmasına ilginc reaksiya

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton razılaşması ilə bağlı yeni açıqlaması maraq doğurub. Tramp bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin ona zəng edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Kreml lideri onu təbrik edib və baş verənləri “inanılmaz” adlandırıb. Putin qeyd edib ki, Rusiya illərdir bu münaqişəyə son qoya bilməyib, lakin ABŞ bunu bacarıb.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Donald Tramp artıq ikinci dəfədir 8 avqustda əldə edilən bəyanatla bağlı bu cür açıqlama verir:

“Trampın bəyanatına Rusiya tərəfindən istər Xarici İşlər Nazirliyi, istərsə də dövlət başçısı səviyyəsində təkzib verilməyib. Deməli, belə bir telefon danışığı həqiqətən də baş tutub. Yəni Kreml rəhbərinin Trampa zəng etməsi real görünür. Lakin həmin söhbətdə Putinin “Rusiya bunu bacarmadı, siz bacardınız” kimi ifadələr işlətməsi barədə konkret məlumat yoxdur.


Yusif Bağırzadə

Moskvanın sülh sazişinin imzalanmasına nail ola bilməməsinin əsas səbəbi Ukraynada apardığı müharibədir. Rusiya son 5 il ərzində Ukraynadakı vəziyyətə başı qarışdığı üçün Cənubi Qafqazdakı proseslərə kifayət qədər diqqət ayıra bilmədi. Hətta Azərbaycan və Ermənistan arasında yekun sülhün bağlanmasına nail olmaq əvəzinə, bu prosesə ən böyük maneəni məhz özü yaratdı”.

Politoloq Fərid Şəfiyev də qeyd edib ki, Rusiya prezidentinin Trampa belə bir zəngi mümkündür:

Hər halda bu və digər mövzularda liderlər arasında fikir mübadiləsi aparılır. Yəni onların müzakirə etdiyi mövzular təkcə Azərbaycan-Ermənistan məsələsi olmayıb. Danışıqların təfərrüatları barədə məlumatımız yoxdur. Formal olaraq deyə bilərik ki, belə bir şərhin verilməsi ehtimalı var.


Fərid Şəfiyev

Hər halda, Trampın iddiası da bu yöndədir. Rusiyanın ABŞ-ın müdaxiləsinə nə dərəcədə maraq göstərməsi və sazişin imzalanmasına razı olub-olmaması isə sual altındadır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri