Tramp geri addım atdı: Ticarət müharibəsi dayandırılır? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Trampın administrasiyası yeni ticarət tariflərinin bəzilərini 90 gün müddətinə dayandırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, Ağ Ev qlobal fond və əmtəə bazarlarının daha da çökməsindən və maliyyəçilər arasında çaxnaşmadan qorxur. Bu da iqtisadiyyata ciddi ziyan vura bilər.
ABŞ-ın vitse-prezidenti J.D.Vens və maliyyə naziri Skott Bessent təkid ediblər ki, Vaşinqtonun ticarət müharibəsi strategiyası dəqiq müəyyən olunsun.
Bu, Çini təcrid etmək və Birləşmiş Ştatların ticarət kəsiri ilə mübarizədə qərarlı olduğu təəssüratı yaratmaq məqsədi daşımalıdır.
Qeyd edək ki, Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Rusiya bu siyahıda yoxdur. 10%-lik tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















