Icma.az
close
up
RU
“Tramp İrana qarşı “maksimum təzyiq“ siyasətinə dönmək niyyətindədir“ “Amerikanın Səsi“

“Tramp İrana qarşı “maksimum təzyiq“ siyasətinə dönmək niyyətindədir“ “Amerikanın Səsi“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İranın Ali dini rəhbərinin fətvası ilə bizim kütləvi qırğın silahlarına qarşı olduğumuz açıq şəkildə bəyan edilib..."

ABŞ prezidenti Donald Tramp İrana qarşı "maksimum" sanksiyaları bərpa etdikdən və ardınca Binyamin Netanyahu ilə birgə mətbuat konfransında iranlıların nüvə silahına sahib olmayacağını bəyan etdikdən sonra İranın xarici işlər naziri sülhpərvər bəyanatla çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri yazıb.

İranın XİN rəhbəri Abbas Araqçı bildirib ki, Tehran Ağ Evin yeni administrasiyası ilə danışıqlara hazır ola bilər.

"Əgər əsas məsələ İranın nüvə silahı əldə etməməsi ilə bağlıdırsa, bu, çətin həll olunan məsələ deyil və mümkündür. İranın mövqeyi aydındır: o, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və Ali dini rəhbərin fətvası ilə bizim kütləvi qırğın silahlarına qarşı olduğumuz açıq şəkildə bəyan edilib", - nazir vurğulayıb.

Onun sözlərinə görə, İrana qarşı "maksimum təzyiq" uğursuz bir təcrübədir və yenidən sınanarsa, növbəti uğursuzluğa gətirib çıxaracaq.

Bundan əvvəl Tramp İranın neft ixracını sıfıra endirərək Tehranın gəlirlərinə zərbə vurmaq və onun nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə İrana qarşı sanksiyaların bərpası haqqında fərman imzalayıb.

Qeyd edək ki, Tramp hələ ilk prezidentlik dönəmində ABŞ-ı Vyana razılaşmalarından ("İranla nüvə sazişi") çıxardıqdan sonra İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu saziş İranın nüvə proqramını müvəqqəti dondurması müqabilində sanksiyaların qaldırılmasını nəzərdə tutub.

Tədricən İran uranı zənginləşdirməyə başlayıb. Ekspertlərin fikrincə, İran artıq dörd nüvə bombası hazırlamaq üçün kifayət qədər silah səviyyəsində zənginləşdirilmiş urana sahibdir. ABŞ kəşfiyyatının məlumatına görə, İranda daha sürətli, lakin texniki cəhətdən daha kobud üsulla bir nüvə bombası hazırlamaq imkanları araşdırılır.

Fevralın 4-də Donald Tramp İrana qarşı daha bir təhdid səsləndirib. Onun sözlərinə görə, əgər İran ona qarşı sui-qəsd etməyə cəhd etsə, məhv ediləcək. İran XİN isə amerikalı rəsmilərin qətlə yetirilməsinə dair iddiaları "müharibə qızışdıranların uydurması" adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see214

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see203

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see193

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see142

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see140

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see129

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see124

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see120

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see120

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri