Icma.az
close
up
RU
Tramp İranda hərəkətə keçir VACİB TOPLANTI

Tramp İranda hərəkətə keçir VACİB TOPLANTI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Vaşinqtonun İranda ölkə boyu davam edən etirazlara mümkün reaksiyalarına dair qapalı məruzə alacaq.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri administrasiyadakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, planlaşdırılan görüş yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçiriləcək və ABŞ-ın atacağı növbəti addımlar müzakirə olunacaq.

Mənbələrin bildirdiyinə görə, müzakirə olunan variantlar arasında İranda anti-hökumət mənbələrinin internet üzərindən daha fəal dəstəklənməsi, İranın hərbi və mülki obyektlərinə qarşı kiberəməliyyatların aparılması, əlavə sanksiyaların tətbiqi, eləcə də mümkün hərbi zərbələr yer alır. Bununla belə, qeyd olunur ki, bu mərhələdə yekun qərarların qəbul edilməsi gözlənilmir, çünki proses ilkin müzakirə səviyyəsindədir.

Qapalı toplantıda ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin iştirakı nəzərdə tutulur.

Hadisələr fonunda hazırda sürgündə yaşayan iranlı şahzadə Rza Pəhləvi də ABŞ prezidentinə müraciət edib. O,  Trampı İranda “azadlıq uğrunda səyləri” dəstəkləməyə çağırıb. Pəhləvi bildirib ki, Tramp artıq sülhə və “şər qüvvələrlə mübarizəyə” sadiq lider kimi öz siyasi irsini formalaşdırıb və İranda bəzi insanların onun şərəfinə küçələrin adını dəyişməsi bunun göstəricisidir. Onun sözlərinə görə, məqsəd bu irsi möhkəmləndirərək İranın “azad edilməsi” və iki ölkə xalqları üçün daha yaxşı gələcək qurmaqdır.

Bu arada yerli və beynəlxalq KİV-lərin məlumatına əsasən, İranın Luristan əyalətində keçirilən etiraz aksiyaları zamanı polis 100-dən çox etirazçını saxlayıb. Saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar və onların sonrakı taleyi barədə rəsmi qurumlar hələlik ətraflı açıqlama verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see284

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see250

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see236

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see236

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see235

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see233

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see214

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see211

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see211

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see196

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see189

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see188

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see188

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see186

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see179

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see176

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see174

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri