Icma.az
close
up
RU
Tramp İranı Azərbaycan məsəli ilə vurdu Əsl hədəf nədir?

Tramp İranı Azərbaycan məsəli ilə vurdu Əsl hədəf nədir?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın əmri ilə ölkə donanması 15 martdan etibarən Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar təşkil etməyə başlayıb. Tramp deyib ki, “husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”.

İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, ölkəyə istənilən təcavüz aktının nəticələri olacaq və buna görə ABŞ məsuliyyət daşıyacaq.

Aydın məsələdir ki, Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır. Düzdür, husilər son illərdə İsrailə zərbələr vururaq, ya da Ədən körfəzində beynəlxalq ticarəti iflic nöqtəsinə gətirəcək səviyyədə ciddi aktlar gerçəkləşdirib. Lakin bunlara baxmayaraq ABŞ əməliyyatlar keçirmək kimi radikal addım atamamışdı.

Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etmək əmri, Azərbaycan məsəli ilə desək, “Qızım, sənə deyirəm, gəlinim sən eşit” məntiqinə söykənir. Çünki Tramp və komandasından verilən açıqlamalarda əsl hədəfin İran olduğu vurğulanır.

Əslində, Trampın niyyəti İranla müharibə, ya da bu ölkəyə müdaxilə deyil. Sirr deyil ki, İran ən zəif halı ilə belə bu kimi müdaxiləyə qarşı ölüm-dirim savaşına başlayacaq. Daha dəqiq desək, Tehran dini ideologiya əsaslı müharibə vəziyyətinə keçə bilər. Belə olduqda isə İran ABŞ üçün ikinci Əfqanıstan olar.

İran-ABŞ qarşıdurması və bu ölkəyə beynəlxalq koalisiyanın hərbi müdaxiləsi İsrailin planıdır. Təl-Əviv hər vəchlə çalışır ki, buna nail olsun. Amma Tramp son ana qədər bu versiyadan yayınmaq istəyir. Trampın hədəfi İranı nüvə sazişinə məcbur edib, prosesi səngitməkdir. Belə olarsa Vaşinton İsrailin tələblərini bloklaya bilər. Lakin Tehranın mövqeyi, xüsusilə İran ali rəhbəri Əli Xameneinin geri addım atmaması gərginliyi artırır.

Nəticə etibarilə rəsmi Tehran nüvə sazişinə qayıtmasa, gec-tez İrana qarşı vaxtilə İraqda olduğu kimi beynəlxalq koalisiyanın iştirakı ilə hərbi müdaxilə qaçılmaz olacaq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri