Tramp İranın Xark adasına zərbələr endirilməsini əks etdirən videolar yayımlayıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında süni intellekt tərəfindən hazırlanmış və İranın Xark adasına zərbələr endirilməsini əks etdirən videolar yayımlayıb.
APA xəbər verir ki, “Xark adasını parça-parça edirlər!!!”, - deyə ABŞ prezidenti yazıb.
Yayımlanan qısa videolardan birində sahildəki tikililərə raket zərbələri endirildiyi, digərində isə həmin tikililərin yanaraq partladığı göstərilir. Tramp videoları niyə paylaşdığını açıqlamayıb.
Qeyd edək ki, Xark adası Fars körfəzində yerləşir və İranın ən böyük neft ixrac terminalıdır. Tramp daha əvvəl ABŞ-ın bu adanı ələ keçirməyə cəhd göstərə biləcəyini istisna etməyib.
Bu mövzuda digər xəbərlər:İranın Xark adasına hücum olub
07 Aprel 2026 14:46
Tramp Qrenlandiyanın fəthi ni əks etdirən foto yayımlayıb
20 Yanvar 2026 11:31
ABŞ Xark adasına hücum edəcək Tramp
11 İyun 2026 20:07
İranın Xark adasında PARTLAYIŞ
05 Sentyabr 2026 12:27
ABŞ İranın Henqam adasına zərbələr endirdi
15 İyul 2026 20:35
Baxış sayı:114
Bu xəbər 31 Avqust 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















