Tramp İranla bağlı planını açıqladı Növbəti addım nə olacaq?
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın əlində qalan raket potensialını məhv etmək istədiyini bildirib.
Moderator.az xəbər verir ki, ABŞ lideri bu barədə Uest-Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı danışıb.
"Bəli, mən bunu məhv etmək istərdim", - deyə o, İranın raket texnikası istehsalı üzrə qalan gücləri ilə bağlı sualı cavablandırarkən bildirib. Ağ Evin iddialarına görə, ABŞ və İsrailin zərbələri nəticəsində Tehranın bu potensialının cəmi 15%-i qalıb.
Tramp həmçinin İrana qarşı hərbi əməliyyatların bərpa olunması ehtimalını da istisna etməyib. ABŞ liderindən İrana zərbələrin yenidən başlanmasının mümkün olub-olmaması soruşulduqda, o, belə cavab verib:
"Mən bu barədə jurnalistlərə açıqlama verə bilmərəm. Əgər onlar qeyri-münasib şəkildə hərəkət etməyə davam etsələr, pis bir addım atsalar, baxarıq. Lakin bu, şübhəsiz ki, baş verə biləcək variantdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 May 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















