Tramp komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 dekabr, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası daha əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü münaqişənin həlli üçün Ukraynada atəşkəs haqqında təklifi nəzərdən keçirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals CBS telekanalında bildirib.
“Hərbi əməliyyatların dayandırılması lazımdır. Əgər ilk addım kimi bir növ atəşkəs təklif edilərsə, bunun nə demək olduğunu yaxından nəzərdən keçirəcəyik", - deyə Vals əlavə edib.
Vals xatırladılıb ki, bu təklifi Rusiya Prezidenti Vladimir Putinə təqdim etməzdən əvvəl Orbanın Floridada Trampla görüşü olub. Lakin prezidentin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Trampın Orban vasitəsilə Rusiya liderinə hər hansı mesaj verib-vermədiyinə aydınlıq gətirməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 15 Dekabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















