Trampın komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü münaqişənin həlli üçün Ukraynada atəşkəsin olması təklifi nəzərdən keçirməyə hazırdır.
Bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts "CBS” telekanalında bildirib.
Ondan Orbanın Ukraynada atəşkəs və Milad bayramları zamanı Rusiya ilə əsirlərin mübadiləsi ilə bağlı daha əvvəl elan edilmiş təşəbbüsünü şərh etməsi istənilib.
"Hərbi əməliyyatları dayandırmaq lazımdır. Əgər ilk addım kimi hansısa atəşkəs təklif edilərsə, o zaman bunun nə demək olduğunu diqqətlə öyrənəcəyik”.
O xatırladıb ki, bu təklifi Rusiya prezidenti Vladimir Putinə təqdim etməzdən əvvəl Orban Floridada Trampla görüşüb. Lakin prezidentin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Trampın Orban vasitəsilə Rusiya liderinə hər hansı mesaj verib-vermədiyinə aydınlıq gətirməkdən imtina edib.
//report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Dekabr 2024 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















