Icma.az
close
up
RU
Tramp “kommunist” Mamdaninin qələbəsinə reaksi KONKRET

Tramp “kommunist” Mamdaninin qələbəsinə reaksi KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkilərində demokrat Zöhran Mamdaninin qələbəsinə münasibət bildirib. O, bu hadisəni ölkənin qismən “suverenliyini itirməsi” kimi dəyərləndirib.

KONKRET.az xəbər verir ki, Mayamidə keçirilən biznes forumunda çıxış edən Tramp bir il əvvəl – 2024-cü il prezident seçkilərində qazandığı qələbəni xatırladaraq, bunu “ABŞ tarixində ən mühüm qələbələrdən biri” adlandırıb:

“Biz 5 noyabr 2024-cü ildə çox şey etdik, Amerika xalqı hakimiyyəti özünə qaytardı. Biz suverenliyimizi bərpa etdik. Dünən axşam isə onun bir hissəsini Nyu-Yorkda itirdik, amma bunun öhdəsindən gələcəyik.”

Tramp Zöhran Mamdaninin Nyu-York meri seçilməsini “kommunizm təhlükəsi” kimi qiymətləndirərək bildirib ki, onun rəhbərliyi dövründə ABŞ-da heç bir formada kommunizmə icazə verilməyəcək:

“Mən prezident olduğum müddətdə ABŞ heç bir halda kommunist ölkəyə çevrilməyəcək. Biz bunu dayandıracağıq. Bu cəfəngiyyata son qoyacağıq.”

Xatırladaq ki, 4 noyabrda keçirilən seçkilərdə demokrat-sosialist Zöhran Mamdani Nyu-York meri seçilib. O, qalibiyyətdən sonra bəyan edib ki, Trampı və onun tərəfdarlarını “dayandıracaq”. Mamdani 2026-cı il yanvarın 1-də vəzifəsinə başlayacaq. Hazırda şəhərə Eric Adams rəhbərlik edir.

Tramp seçkilər ərəfəsində xəbərdarlıq etmişdi ki, əgər Mamdani qalib gələrsə, federal hökumət Nyu-Yorka yalnız qanunla müəyyən edilmiş minimum maliyyə yardımı göstərəcək. Bundan əvvəl Tramp Mamdanini “kommunist dəli” və “öz vaxtını gözləyən fəlakət” adlandırmışdı.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri