Tramp Netanyahuya İRAD BİLDİRİB
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə İranla müzakirələri davam etdirmək əzmində olduğunu bildirib.
Bakıvaxtı.az "LeParisien.fr"ə istinadən xəbər verir ki, İrana müdaxilənin tərəfdarı olan B.Netanyahu bu danışıqlara ölkəsinin təhlükəsizlik ehtiyaclarının daxil edilməsini istəyib.
Ağ Evdə Amerika prezidenti ilə İsrail lideri arasında görüş iki saatdan çox davam edib. 79 yaşlı respublikaçının hakimiyyətə qayıtmasından bəri iki lider arasında keçirilən yeddinci görüş bağlı qapılar arxasında keçirilib. Və D.Tramp B.Netanyahuya sərt mövqeyinə görə irad bildirib.
ABŞ prezidenti görüşdən sonra "Truth" sosial şəbəkəsində yazıb: "İranla danışıqların davam etdiriləcəyini vurğulamaqdan başqa heç bir yekun qərar verilmədi. Baş nazirə bunun mənim seçimim olacağını bildirdim. Əgər bu mümkün deyilsə, nəticənin necə olacağını görməliyik".
Aydın Baxış
Baxış sayı:107
Bu xəbər 12 Fevral 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















