Icma.az
close
up
RU
“Tramp Nobel Sülh Mükafatını almaq fikrinə mübtəla olub“ “Axios“

“Tramp Nobel Sülh Mükafatını almaq fikrinə mübtəla olub“ “Axios“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ prezidenti Nobel Sülh Mükafatını almaq fikrinə aludə olub və bu, xüsusilə Ukraynadakı müharibəni bitirə bilib-bilməməsindən asılıdır.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Nəşr yazır ki, Donald Tramp illərdir Nobel Sülh Mükafatını almaq ideyası ilə yaşayır və bu, əsasən, Ukrayna müharibəsini dayandıra bilib-bilməməsindən asılıdır. Nəşrin fikrincə, məhz bu amil onun fevralın 28-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsinin "sətiraltı mənası"dır.

Qeyd olunur ki, Nobel Sülh Mükafatı mövzusu Tramp administrasiyası rəsmilərinin prezident haqqında danışıq tərzinə getdikcə daha çox təsir edir. Tramp həm Ukraynada, həm də Qəzzada döyüşləri dayandırmağa çalışdığı bir vaxtda bu amil daha da önəm qazanır.

Məsələn, nəşr xatırladır ki, fevral ayında maliyyə naziri Skott Bessent Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün gördüyü işlərə görə Nobel mükafatına layiq olduğunu bəyan edib. 

Trampın BMT-də səfir vəzifəsinə namizəd göstərdiyi Elis Stefanik isə Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı Trampın bu mükafatı almalı olduğunu vurğulayıb. Daxili işlər naziri Daq Berqum və milli təhlükəsizlik müşaviri Mayk Uolts da oxşar fikirlər səsləndirib.

Bununla belə, Trampın Nobel mükafatını qazanmaq şansı böyük mənada Ukraynadakı müharibəni dayandıra bilib-bilməməsindən asılı olacaq və Zelenski ilə cümə günü baş tutan gərgin görüş bu vəziyyətə təsir göstərə bilər, - nəşr yazır.

"Axios" xatırladır ki, Tramp əvvəllər Nobel Komitəsini tənqid edərək, bu mükafatın ABŞ-ın keçmiş prezidenti Barak Obamaya verilməsinə narazılığını bildirib. Obama 2009-cu ildə, prezidentliyinin cəmi bir neçə ayı ərzində, nüvə silahının yayılmasının qarşısını almaq və müsəlman dünyası ilə əlaqələri yaxşılaşdırmaq cəhdlərinə görə mükafatlandırılıb.

2019-cu ildə Tramp bəyan edib ki, əgər mükafat ədalətli şəkildə paylansaydı, o, "bir çox şeylərə görə" Nobel mükafatına layiq görülməli idi. Nəşr xatırladır ki, Tramp prezidentliyi dövründə bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib. Xüsusilə, norveçli siyasətçi Kristian Tyubrinq-Qyedde və isveçli siyasi xadim Maqnus Yakobsson onu bu mükafata namizəd irəli sürüb. Lakin Tramp hələ də mükafatı qazana bilməyib.

Yaxın zamanda konqresmen Klaudiya Tenni Trampı İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanmış "Avraam sazişləri"ndə vasitəçilik etdiyinə görə Nobel mükafatına namizəd göstərib. Ancaq o, yenə də qalib gəlməyib. Buna görə də Tramp hələ də bu məsələyə diqqət ayırır.

Keçən ay İsrail baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edərkən jurnalistlər Trampdan soruşub ki, əgər Qəzzadakı müharibəni dayandırmağa nail olsa, Nobel mükafatı qazanacağına ümid edirmi? Tramp cavabında bildirib ki, o, bu mükafata layiqdir.

Bu il də Tramp Nobel mükafatına namizəd göstərilib. Keçən ay "Case Western Reserve" Universitetinin Hüquq Fakültəsinin professoru Anat Alon-Bek Trampın Yaxın Şərqdə sülh razılaşmasının əldə olunmasına verdiyi töhfəyə görə ona Nobel mükafatı verilməsini təklif edib. Bundan əlavə, ukraynalı siyasətçi Aleksandr Merejko da Trampı bu mükafata namizəd irəli sürüb.

Eyni zamanda, Trampın xarici siyasətini tənqid edənlər hesab edir ki, o, bu mükafata layiq deyil. Çünki onun nə Yaxın Şərqdə, nə də Ukrayna ilə Rusiya arasında uzunmüddətli sülhü təmin edə biləcəyi hələ dəqiq deyil. Üstəlik, Trampın Rusiyaya açıq simpatiya göstərməsi də Norveç münsiflər heyətinin qərarına təsir göstərə bilər, - məqalədə qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri