“Tramp onları qanı dayandırmağa məcbur edəcək” “Əks halda” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ukraynaya əvvəllər verilən yardım xırdavat kimi görünəcək”
Seçilmiş ABŞ Prezidenti Donald Trampın administrasiyasında Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarları artmağa başlayır.
“AzPolitika” xəbər verir ki, CNN-in bu mövzuyla bağlı şərhində Tramp administrasiyasının Rusiya və Ukraynanı danışıqlar masasına gətirmək üçün bir sıra variantları nəzərdən keçirdiyi qeyd olunub.
O da bildirilir ki, bu variantlar Trampın münaqişə ilə bağlı əvvəllər bəyan etdiyi fikirlərlə ziddiyyət təşkil edir.
Məsələn, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsa əsas müavin təyin etdiyi Sebastian Qorka Rusiya Prezidenti Vladimir Putini “quldur” adlandırıb.
O qeyd edib ki, yeni administrasiya müharibəni mümkün qədər tez bitirmək üçün Ukraynaya hərbi yardımı indikindən xeyli artıra bilər: “Prezidentin yadında qalan bir məsləhəti sizə deyim. O, bu qatilə, keçmiş “KQB” polkovnikinə, Rusiya Federasiyasını idarə edən bu quldura deyəcək: “Dərhal danışıqlara başlayın, əks halda Ukraynaya bundan əvvəl verdiyimiz yardım xırdavat kimi görünəcək”. O, onları bu cür qanı dayandırmağa məcbur edəcək”.
Eyni zamanda, CNN-in müharibənin dayandırılması ilə bağlı davam edən müzakirələrlə tanış olan mənbəyinə görə, yüksək səviyyəli Tramp rəsmiləri onun Ukrayna ilə də sərt danışacağını, Kiyevi danışıqlara gəlməsə, yardımı kəsməklə hədələyəcəyini gözləyirlər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















