Icma.az
close
up
RU
Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı sonun başlanğıcı na yaxınlaşdırır

Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı sonun başlanğıcı na yaxınlaşdırır

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kremldə indiki təhdidkar və aqressiv mövqenin Rusiyaya qarşı bumeranq effekti verməyə başlamasından ciddi şəkildə narahatdırlar... Rusiya daha dağıdıcı hərbi zərbələr qarşısında aciz duruma düşdükcə, Kremlin sülh sazişi üçün xahiş ritorikasına belə, keçəcəyi artıq şübhə doğurmur...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının dayandırılması prosesi ABŞ prezidenti Donald Tramp və Kreml sahibi Vladimir Putinin münasibətlərində yaxınlaşmaya yol açmışdı. Bu iki lider bütün dünyaya bir-biri ilə anlaşa biləcəklərinin mesajlarını verirdilər. Ona görə də, həm Kremldə, həm də Rusiya cəmiyyətində prezident Donald Trampa açıq-aşkar rəğbət mövcud idi. Və bu rəğbət ABŞ rəsmi dairələrinin Rusiya ilə bağlı mövqeyinə də pozitiv təsir etməmiş deyildi.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin hətta Ağ Ev sahibi Donald Trampın tənqid olunmasını qadağan etdiyi barədə də məlumatlar mövcuddur. Bu, Kreml sahibinin prezident Donald Trampı Rusiya üçün böyük şans olaraq, qəbul etdiyini göstərirdi. Halbuki, Rusiya siyasi dairələri keçmiş Bayden adminstrasiyasına qarşı yalnız tənqid deyil, hətta təhqir məzmunlu açıqlamalardan özlərini saxlaya bilmirdilər. Və Rusiya həmin dönəmdə ABŞ-ı daim üçüncü dünya savaşı ilə təhdid edirdi.

Ancaq Kreml Rusiyanın "Tramp şansı"ndan praqmatik yanaşma əvəzinə sui-istifadə etdi. Belə ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılması prosesində Rusiyanın maraqlarına uyğun güzəştlər etdikcə, Kremldə bunu önəmli fürsət olaraq, dəyərləndirdilər. Ağ Evin güzəştinə Kreml Tramp adminstrasiyasının belə, qəbul etməyəcəyi yeni ağır tələblər irəli sürdülər. Və nəticədə Ukrayna üzrə sülh prosesi pozuldu, ABŞ vasitəçilik missiyasından ümumiyyətlə, geri çəkildi.

Təbii ki, bu, həm də Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra Ukrayna savaşının dayandırılması üzrə Rusiyaya vəd olunan önəmli güzəştlərin də ləğv edilməsi anlamı daşıyırdı. Əslində, bu neqativ situasiya ilk növbədə Rusiyanı narahat etməliydi. Kreml Türkiyənin vasitəçiliyi ilə keçirilən İstanbul sammitində konstruktiv mövqe mesajları ilə situasiyanı xilas etməkdə maraqlı olmalıydı. Və Kremlin bunun əksinə olaraq, təhdidkar mövqe ilə İstanbul görüşünü də pozması Qərb siyasi dairələrində şok effekti yaratdı.

Maraqlıdır ki, prezident Donald Tramp bütün bunlara baxmayaraq, Kreml sahibi Vladimir Putinə daha bir şans tanımaq qərarı verdi. Ağ Ev sahibi Rusiya prezidenti ilə telefonla mövcud situasiyanı növbəti dəfə müzakirə etdi. Ancaq prezident Donald Trampın Kreml sahibindən konstruktiv mövqe gözləntisi bu dəfə də boşa çıxdı. İki lider heç mövzuda anlaşa bilmədilər. Və nəticədə son vaxtlara qədər pozitiv münasibətləri mövcud olan iki lider artıq düşmənə çevrilmək üzrədirlər.

Məsələ ondadır ki, Tramp adminstrasiyası hazırda NATO üzvü olan Avropa Birliyi ölkələri ilə eyni mövqeyə daha yaxındır. Halbuki, Ağ Ev sahibi vaxtilə Rusiya lideri ilə anlaşma biləcəyinə əmin olduğundan, Ukraynanın dəstəklənməsində israrlı mövqe tutan Avropa Birliyi ilə ABŞ-ın münasibətlərini korlamışdı. Son baş verənlərdən sonra isə ABŞ Ukraynaya Avropa Birliyi ilə ortaq şəkildə hərbi dəstəyi gücləndirmək qərarı verib. Və Rusiya üçün "Tramp şansı" artıq mövcud deyil.

İndi prezident Donald Tramp Kreml sahibi Vladimir Putinə qarşı olduqca qəzəblidir. Ağ Ev sahibi hətta Rusiya prezidentini sərt şəkildə ittiham etməyə də başlayıb. Son açıqlamasında Ağ Ev sahibi bildirib ki, prezident Vladimir Putin "odla oynayır" və bu, Rusiya üçün əsl fəlakətlə nəticələnə bilər: "Prezident Vladimir Putin anlamır ki, əgər, mən olmasaydım, Rusiya ilə bağlı çox pis şeylər artıq baş vermiş olacaqdı. Ancaq o, hələ də "odla oynamaqda" davam edir".

Prezident Donald Trampın bu açıqlamasından dərhal sonra Rusiyaya qarşı geriyə sayım artıq başlayıb. Belə ki, ABŞ artıq Ukraynaya hərbi dəstək prosesində NATO üzvü olan Avropa Birliyi ölkələri ilə eyni düşərgə də yer alır, ortaq qərarlar verir. Almaniya kansleri Fridrix Mers bildirib ki, ABŞ, Almaniya, Britaniya və Fransa Ukraynaya uzaqmənzilli silahların tədarükünə qoyulmuş məhdudiyyətləri ləğv edib, rəsmi Kiyev Rusiyanın dərinliklərinə hərbi zərbələrin endirilməsi ilə bağlı sərbəst qərar verə bilər.

Təbii ki, Almaniya kanslerinin Ukraynaya uzaqmənzilli silahların tədarükünə qoyulmuş məhdudiyyətlərin ləğvi və Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verilməsi ilə bağlı bəyanatı gərginliyə səbəb ola biləcək ciddi addımdır. Bu, nəticələrinin proqnozlaşdırılması çox çətin olan hadisələrə də gətirib, çıxara bilər. Xüsusilə də, Rusiyanın Ukraynanın Qərb silahları daşınan önəmli infrastruktur obyektlərinə və logistika mərkəzlərinə cavab zərbələri istisna edilmir.

Rusiyanın cavab reaksiyası isə digər Qərb ölkələrini də münaqişəyə cəlb edə bilər. Hər halda, Kremlin aqressiv davranışları Avropa dövlətlərinin maraqlarını və təhlükəsizliyini təhdid edərsə, Ukrayna savaşının daha geniş areala yayılaraq, şiddətli xarakter ala biləcəyi qətiyyən istisna deyil. Yəni, Kreml öz neo-imperialist mövqeyi il Ukrayna savaşının daha genişmiqyaslı xarakter alma təhlükəsini artırıb. Üstəlik, indi bu hərbi münaqişənin uzanma təhlükəsi var. Və bu baxımdan, Ukrayna savaşı tezliklə sona çatmaq əvəzinə, uzunmüddətli, daha tükəndirici mərhələyə yaxınlaşır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ukrayna savaşı ilə bağlı strategiyasını yenidən dəyişməyə qərar verib. Bundan sonra Rusiyaya qarşı həm hərbi, həm də maliyyə-iqtisadi təzyiqlər daha da artırılacaq. Qərb Kremli Ukraynanın maraqları üçün daha əlverişli şərtlərlə sülh danışıqlarına məcbur etməyə çalışır. Və böyük ehtimalla yaxın perspektivdə Rusiya Ağ Ev sahibinin eyham vurduğu "çox pis şeylər"lə birbaşa üzləşməli olacaq.

Maraqlıdır ki, artıq rəsmi Kiyev özünü əvvəlkindən daha daha rahat hissə etməyə başlayıb. Bir müddət öncəyə qədər Tramp adminstrasiyasının ağır ittihamlarına tuş gələn Zelenski hakimiyyəti artıq Rusiyanı dağıdıcı zərbələrlə təhdid etməkdən çəkinmir. Hətta prezident Volodimir Zelenski bildirib ki, Ukraynanın yaxın vaxtlarda atacağı addımlarla bağlı xüsusi planlar hazırlanır: "Ancaq biz planlarımızı açıqlamağa deyil, Rusiyanın hərbi təhdidlərinə cavab verməyə borcluyuq".

Prezident Volodimir Zelenski onu da vurğulayıb ki, Rusiya Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərin nəticələrini mütləq öz üzərində hiss etməlidir. Onun fikrincə, Ukraynanın buna nail olmaq üçün zərbə dronları, müdafiə sistemləri, qanadlı raketləri, ballistik hücum silahları mövcuddur. Yəni, rəsmi Kiyev Ukrayna ordusunun yaxın vaxtlarda Rusiyaya daha dağıdıcı hərbi zərbələr endirməyə hazır olacağına artıq əmindir. Və Kremldə də Rusiya üçün böyük təhlükənin sürətlə yaxınlaşdığını anlamağa başladıqlarından rəsmi Kiyevə birbaşa görüş təklif edir.

Belə anlaşılır ki, Kremldə təhdidkar mövqenin Rusiya üçün bumeranq effektindən ciddi şəkildə narahatdırlar. Ona görə də, Rusiya siyasi dairələri son vaxtlara qədər legitimliyini şübhə altına aldığı prezident Volodimir Zelenski ilə Kreml sahibi Vladimir Putinin birbaşa görüşünü mümkün sayırlar. Bu, o deməkdir ki, prezident Donald Tramp Kreml sahibi Vladimir Putini cəzalandırmağa çox yaxındır. Və Rusiya daha dağıdıcı hərbi zərbələr qarşısında aciz duruma düşdükcə, Kremlin sülh sazişi ilə bağlı xahiş ritorikasına keçəcəyi də artıq fantastik ehtimal təsiri bağışlamır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see316

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see158

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see138

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see126

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see126

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri