Icma.az
close
up
RU
Tramp Putinə orta əsrlər dövrünə bilet vəd edir: Rusiyanı bütün dünyadan qoparılma təhlükəsi gözləyir

Tramp Putinə orta əsrlər dövrünə bilet vəd edir: Rusiyanı bütün dünyadan qoparılma təhlükəsi gözləyir

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın vaxtlarda həm ABŞ, həm də Rusiyanın hərbi-siyasi iradəsinin olduqca ağır testdən keçməli olacağı qətiyyən şübhə doğurmur... Kremldə Ağ Ev sahibinin xəbərdarlıq mesajlarına əhəmiyyət verilməzsə, ABŞ prezidenti istəməsə belə, Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq etməyə məcbur qala bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-Rusiya qarşıdurmasında həlledici mərhələ yaxınlaşır. Üstəlik, bu məqalədə həm ABŞ-ın, həm də Rusiyanın hərbi-siyasi iradəsi sınaqdan çıxarılmış olacaq. Belə ki, prezident Donald Tramp avqustun 8-də Ktemlə sülh anlaşması üçün verilmiş möhlət bitdikdən sonra Rusiyaya qarşı ən radikal sanksiyalar vəd edib. Eyni zamanda, Ağ Ev sahibinin radikal sanksiyalar vədi qarşısında geri çəkilmək istəməyən Rusiya da indi ciddi seçimlə üzləşib. Və bu vəziyyətdə hansı tərəfin prinsipial mövqe tutmasından Ukrayna savaşının inkişaf istiqamətləri aydınlaşdırmağa başlayacaq.

Ona görə də, bu həftəni ABŞ-Rusiya hərbi-siyasi qarşıdurmasında ən gərgin dövr hesab etmək olar. Hər halda, hazırda ABŞ–Rusiya münasibətləri yenidən beynəlxalq siyasi gündəmin mərkəzinə yerləşmiş kimi görünür. Və Kreml ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Moskvaya səfəri və prezident Vladimir Putinlə mümkün görüşü barədə qapıları tam bağlamasa da, bu prosesi “ekspert səviyyəsində hazırlığın tamamlanması” şərti ilə mümkün sayır. Və belə anlaşılır ki, Rusiya anlaşmaya qətiyyən meyilli deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml Ukrayna savaşının həlli üçün siyasi-diplomatik yolları prioritet hesab edir. Bu, ilk baxışdan Kreml tərəfindən həm ABŞ və Qərbə, həm də rəsmi Kiyevə verilən mesaj kimi görünür. Və qətiyyən şübhə doğurmur ki, Kreml Ukrayna savaşının birmənalı şəkildə Rusiyanın şərtləri ilə sülh masasında bitməsini istəyir.

Ancaq Kremlin bu hədəfi hələlik ABŞ və Qərb, eləcə də, Ukrayna tərəfindən qəbuledilməz hesab olunur. Bu barədə danışan prezident Donald Tramp öz xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfərinin planlaşdırıldığını açıqlayıb. Bu, Ağ Evin siyasi-diplomatik gündəliyində Ukrayna böhranının önəmli yer tutduğunu göstərir. Prezident Donald Trampın “Onlar Stiv Uitkoff ilə görüşmək istəyirlər” ifadəsi Kremlin Ağ Ev ilə birbaşa dialoq imkanlarını hələ tam itirmədiyinə işarədir.

Çünki Ağ Ev sahibi Donald Trampın cavablarından belə görünür ki, ABŞ üçün Ukrayna ilə atəşkəs razılaşması yalnız hərbi əməliyyatların dayanması deyil, həm də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması baxımından yeganə “çıxış qapısı”dır. ABŞ prezidentinin “Bəli, elə bir razılaşma imzalayın ki, insanlar ölməsin” sözləri isə onun siyasi ritorikasında humanitar motivasiyanın ön plana çəkildiyini göstərir. Halbuki bu mövqenin arxasında həm də ciddi geopolitik hesablamaların dayandığı da qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, prezident Donald Trampın “müvafiq yerlərə” iki atom sualtı qayığının yerləşdirildiyi barədə açıqlaması Kreml üçün olduqca ciddi və açıq nüvə xəbərdarlığıdır. Bu, Ağ Evin yalnız siyasi-diplomatik kanallarla deyil, hərbi güc nümayişi ilə də təsir imkanlarını artırmaq niyyətində olduğunu göstərir. Və Rusiyanın bu açıq xəbərdarlıq mesajlarına adekvat reaksiya resursları hazırda elə də yetərli xarakter daşımır.

Maraqlıdır ki, ABŞ-ın NATO-dakı səfiri Mett Utakerin avqustun 8-də Rusiyaya “dağıdıcı tariflər və sanksiyalar” tətbiq ediləcəyi barədə bəyanatı isə Rusiyaya qarşı iqtisadi təzyiq mexanizminin hərbi gərginliklə paralel işlədiyini göstərir. Onun “Rusiyanın heç bir dostu qalmayacaq, Kreml hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını da itirəcək” xəbərdarlığı Rusiyanın beynəlxalq izolyasiyasını dərinləşdirmə strategiyasının açıq elanıdır.

Əgər, Stiv Uitkoffun səfəri baş tutarsa, bu, Tramp administrasiyasının müharibə mövzusunda Rusiya ilə birbaşa danışıqlar kanallarını növbəti dəfə sınaması demək olacaq. Ancaq avqustun 8-dək atəşkəs əldə olunmasa, ABŞ-ın sanksiya paketinin ticarət, enerji və maliyyə sahələrini hədəfləyəcəyi ehtimal olunur. Və buna paralel olaraq, nüvə sualtı qayıqlarının strateji mövqelərə yerləşdirilməsi isə ABŞ-ın avanqard rolunu oynadığı NATO-nun Rusiya ilə hərbi qarşıdurmasının yeni təhlükəli mərhələyə keçə biləcəyinə işarə edir.

Göründüyü kimi, bu həftə baş verənlər, eləcə də, ehtimal olunan hadisələr Ukrayna savaşının dayandırılmasına yönəlik diplomatiya ilə təzyiq siyasətinin necə paralel işlədiyini bir daha qabarıq şəkildə ortaya çıxarır. Ağ Ev həm sanksiya, həm də hərbi güc vasitəsilə Kremli sülh masasına gətirməyə çalışır. Kreml isə sülh prosesinə qapını tam bağlamasa da, hər addımı yalnız Rusiyanın strateji mövqelərinin qorunması şərti ilə atmağa cəhd göstərir.

Belə anlaşılır ki, avqustun ilk yarısı həm Kreml, həm də Ağ Ev üçün yalnız siyasi-diplomatik manevr dövrü deyil. Yəni, bu mərhələdə həm də ABŞ və Rusiyanın siyasi iradəsinin olduqca ağır testdən keçməli olacağı qətiyyən şübhə doğurmur. Kreml Ağ Ev sahibinin xəbərdarlıq mesajlarına əhəmiyyət verməməkdə israrlı olarsa, prezident Donald Tramp istəməsə belə, Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq etmək məcburiyyətində qala bilər. Və bu, indi Rusiya üçün keçmişə dönüş üçün ən qaranlıq yolun başlanğıcı kimi də xarakterizə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Avqust 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri