Icma.az
close
up
RU
Yeni Orta əsrlər...

Yeni Orta əsrlər...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

İspaniya inqilabının məğlubiyyətindən sonra Alber Kamyu yazmışdı: "Biz məhz İspaniyada öyrəndik ki, sən haqlı olmağına baxmayaraq məğlub ola bilərsən, güc ruha qalib gələ bilər və elə zamanlar var ki, cəsarət mükafatlandırılmır”.

Kamyu üçün kəşf olan bu ssenari bizim dövrümüzdə adi reallığa çevrilir. Kobud gücün təntənəsi totaldır. Qanunları kompromislər əvəzləyib. Dünya isə feodalların torpaq uğrunda didişməsinin taktikasına şahidlik edir. Artıq Yeni Orta əsrlərdən danışmaq zamanıdır.

***

Məşhur filosof-neomarksist Herbert Markuze 1968-ci ildə, Marksın 150 illiyi ilə əlaqədar YUNESKO-nun simpoziumunda "İnqilab konsepsiyasına yeni baxış” adlı mühazirə oxuyur. Orada bu günümüzlə səsləşən bir çox fikirlər var.

Məsələn, Markuze qeyd edir ki, Marks uğursuzluq, məğlubiyyət və ya xəyanətin mümkünlüyünü istisna etmirdi, ona görə də "ya sosializm, ya da barbarlıq” alternativi onun İnqilab konsepsiyasının ayrılmaz hissəsi deyildi. 

"Halbuki, olmalıdır. İnsanın əmək vasitələrindən, total istehsal aparatından asılılığı qeyri-məhdud və nəzarətsiz hakimiyyətlə nəticələnib. Texnologiyalara sahib və "milli maraqlar” adı altında mobilizasiyaya nail olan bu hakimiyyət ideoloji cəhətdən özünün təsiri altına düşən və sistemə inteqrasiya olunan insanları  müttəfiqinə çevirir”, - Markuze söyləyir. Bu vəziyyət isə "ya sosializm, ya da barbarlıq” alternativini yox edir. Yəni, yalnız barbarlıq qalır. 

Bir sözlə, bəşəriyyətin inkişafının ali mərhələsinə keçid alınmazsa, ictimai təkamül yerində saymayacaq, əksinə, geriyə doğru dönəcək. Sonunda 21-ci əsr Orta əsrlərlə əvəzlənəcək.

Bu barədə ilk söhbət açanlardan biri hələ yüz il əvvəl Nikolay Berdyayev olmuşdu. Sonralar Pitirim Sorokin və kommunist dissident Aleksandr Zinovyev Yeni Orta əsrlər konsepsiyasını inkişaf etdirir. Ancaq konsepsiyanın geniş müzakirə mövzusuna çevrilməsi italyan yazıçı və mühəndis Roberto Vakkanın  1973-cü ildə yazdığı "Orta əsrlərin yaxın gələcəyi” essesindən başlayır. Vakka texnoloji era üçün xarakterik olan iri sistemlərin deqradasiyasından söz açır. Onun fikrincə, bu sistemlər elə mürəkkəbdir ki, mərkəzi hakimiyyət onun öhdəsindən gəlməkdə acizdir. Sistem məhvə məhkumdur, bu məhv bütün sənaye sivilizasiyasının sonu olacaq. 

Umberto Eko isə 1994-cü ildə nəşr etdirdiyi məqaləsini "Orta əsrlər artıq başlayıb” adlandırır.

Yəni, Roberto Vakka Yeni Orta əsrlərdən danışanda ilk səbəb kimi "texnoloji inqilab”ın gətirdiyi fəsadları nəzərdə tutur. Məsələn, onun təsvir etdiyi bir ssenarini nəzərdən keçirək : Tutaq ki, şaxtalı bir gündə ABŞ-da nəhəng avtomobil tıxacı və dəmir yolunda qəza nəticəsində aeroportun personalı işə çata bilmir. Dispetçerlər əvəzlənmədiyindən xəta baş verir və iki təyyarə havada toqquşur. Onlar yüksək voltlu elektik xətlərinin üzərinə düşür, nəticədə digər xətlərdə də yüklənmə baş verir və böyük bir şəhər işıqsız qalır. Havalar şaxtalıdır, yollar bağlıdır, qəzanın nəticələrini bir neçə gün aradan qaldırmaq olmur, ofislərdə və evlərdə ocaqlar yandırılır, nəticədə yanğınlar baş verir, yanğınsöndürənlər hadisə yerinə çata bilmir, milyonlarla qəzəbli sakin bir-birinə zəng etməyə çalışır və telefon sistemi sıradan çıxır. Adamlar yollara çıxır, piyadaları soyuq öldürür. Ac insanlar başqalarının evlərinə və mağazalara hücum çəkir, ABŞ-da hər evdə odlu silah olduğundan atışmalar başlayır. 

Bir neçə gündən sonra vəziyyət nəzarətə götürülsə də, çoxsaylı cəsədlər epidemiya mənbəyinə çevrilir, qorxu psixozu yayılır. Siyasi quruluşun böhranı başlayır, mərkəzi hakimiyyətə tabe olmayan və öz silahlı gücü olan bir neçə siyasi qüvvə formalaşır. Şəhərdən köç başlayır, qanun gücünü itirir, sənədlər məhv edilir, mülkiyyət hüququ itirilir. Şəhərlər xarabalığa çevrilir, xırda miqyaslı yerli hakimiyyətlər isə digərlərindən qala divarları tikməklə izolyasiya olunur. Bir sözlə, feodal sistem formalaşır, yerli hakimiyyətlərin ittifaqları qanuna yox, gücə arxalanır. yenidən primitiv adətlər bərpa olur.

Vakkanın təsvir etdiyi Apokalipsisdə sivilizasiyanın yenidən inkişafı da sual altına düşür. Çünki, biliklər itirilib, ya da saxtalaşdırılır. Bir sözlə, qaranlıq Orta əsrlərə xoş gəldiniz.

Vakkadan bir neçə il sonra futurist Furio Kolombo yazacaqdı:  "Texnoloji hakimiyyət qəfil manevrlə dövlət institutlarını hər hansı mənadan məhrum edir və ictimai strukturları dayaqsız qoyur”. Nəticədə dövlət institutları vacibliyini itirir, hökumətlərin qərarları formal xarakter daşıyır, əsas qərar sahibləri isə iqtisadi mərkəzlər olur. İqtisadi mərkəzlər dövlət sektorunun gücündən istifadə etməklə öz kəşfiyyatını və universitetlərini yaradır...

***

İndi isə qayıdaq şahidi olduğumuz reallığa. Toplumu istehlak cəmiyyətinin əlvan təsvirləri ilə sonsuzadək idarə etmək mümkün deyil.  Qlobal çağırışların heç biri həllini tapmır, oliqarxiya problemlərin həllini uzatmaqla və onları gələcək nəsillərə ötürməklə məşğuldur. 

Dinamik kapitalist cəmiyyətindən statik ictimai münasibətlərə keçid o dərəcədə aydındır ki, bunu yalnız neoliberal ortodokslar inkar edə bilər.  Tənəzzülə ad da tapıblar - "postsənaye cəmiyyəti”.  Bu adın idiotizmi yalnız gülüş doğurur. Bu ona oxşayır ki, feodalizmə postqudlarlıq, kapitalizmə isə postfeodal cəmiyyət adı verəsən. Halbuki daha aydın söyləmək olar - "Yeni Orta əsrlər”.

Yüz illər boyunca zavod və fabriklərə bağlanandan sonra feodallara və ağalara təhkimli olmaq zamanı gəlir. Müqavimətin yoxluğunda bizi Orta əsrlər gözləyir...

Məmməd Süleymanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2230

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see312

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see262

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see256

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see253

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see253

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see250

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see244

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see236

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see213

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see201

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see199

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see193

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see192

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see179

İsraildən erməniləri sevindirən qərar Azərbaycan nə edəcək?

28 İyun 2026 22:16see166

KİV: Starmer NATO rəhbərliyinə namizəd olmağa hazırlaşır

28 İyun 2026 20:25see163

ABŞ BMT nizamnaməsini və müharibənin dayandırılması memorandumunu pozub İran XİN

28 İyun 2026 10:04see157

Ankoricdə heç bir sənəd imzalanmayıb Putin

29 İyun 2026 01:44see154

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: Rossiya 1 rəhbərliyi hara baxır? VİDEO

28 İyun 2026 23:10see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri