Icma.az
close
up
RU
Tramp Putini hədəfdən yayındırdı Əsas məqsəd bu imiş...

Tramp Putini hədəfdən yayındırdı Əsas məqsəd bu imiş...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın hər kəsi şoka salan Ukrayna siyasətinin əslində bu ölkənin xilas planı olduğuna dair versiyalar səsləndirilir. Son vaxtlar dövriyyəyə buraxılan “ABŞ-Rusiya diplomatik missiyaların danışıqlarının gündəmində Ukrayna yoxdur” tezisi də savaşın Amerika tərəfindən sahiblənməsi, Ukraynanı qorumaq üçün arxa plana atması kimi izah edilir. İddialar var ki, ABŞ-ın yeni administrasiyası Ukraynanı Rusiyanın cəngindən xilas etmək üçün Putinlə birbaşa danışıqlara getdi və onu əsas hədəfdən yayındırmaq üçün vaxt qazandı.

Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, ABŞ daha böyük oyun aparır:

“Liderliyini qorumaq və növbəti mərhələlərdə də davam etdirmək üçün belə bir siyasət yürüdür. Tramp 21-ci əsrin Kissinceri olmaq istəyir. Belə ki, keçən əsrin 70-80-ci illərində Henri Kissincer diplomatik məharəti ilə Rusiya və Çinin arasını vurmuşdu. Bundan sonra sosialist düşərgəsi çökdü. Ukrayna istiqamətində ABŞ həmləsinin əsas mahiyyəti Rusiya-Çin geosiyasi müttəfiqliyini pozmaq üçün Rusiyanı öz tərəfinə çəkməkdir. Hazırda Ukrayna məsələsində rəsmi Vaşinqtonun Moskvaya müəyyən güzəştlər etdiyinin şahidi oluruq. Bu Trampın bir güllə ilə iki hədəf vurmaq arzusundan qaynaqlanır”.

Füzuli Qurbanovun sözlərinə görə, Ukrayna müharibəsi yaxın vaxtlarda Donald Trampın ssenarisi əsasında bitməyəcək:

“Burada kapital arxa plandadır. Əsas məsələ geosiyasi maraqlardır. Kreml indi bunu anlamağa başlayıb. ABŞ-ın bu oyununa sona qədər getməyəcəklər. Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlaması da bunu sübut edir. Rusiya məsələni müharibədən əvvəlki iddialar fonunda davam etdirirlər. ABŞ Ukraynanın sərvətini özü, torpağını isə Rusiya götürsün tezisi ilə irəli gedir. Bir neçə pillədən ibarət olan, mürəkkəb strukturlu geosiyasi oyunları müşahidə edirik. Qurban kimi Ukrayna, sonra isə Rusiya seçilib”.

Politoloq Məhəmməd Əsədullazadə isə məsələyə belə münasibət bildirib:

Füzuli Qurbanov

“ABŞ Prezidenti Donald Trampın apardığı siyasət rəsmi Vaşinqtonun ənənəvi siyasətindən tamamilə fərqlidir. ABŞ-ın sabiq prezidenti Co Bayden Ukraynada müharibənin davam etdirilməsi, Rusiyanın resurslarının tükədilməsi istiqamətində siyasət həyata keçirirdi. Tramp isə fərqli yanaşma ortaya qoydu. Rusiya ilə danışıqlara getdi. Ər-Riyadda hər iki ölkənin nümayəndələri arasında baş tutan görüş, bu gün İstanbulda reallaşan danışıqlar buna nümunədir. Tramp müharibəni dayandırmaq, atəşkəsi təmin etməklə ABŞ-ın geopolitik mövqeyinin güclənməsinə çalışır.
Qismən Ukraynanın xilası kimi dəyərləndirmək olar. Əsl məqsəd isə dünyanın yenidən bölüşdürülməsi istiqamətində Rusiya ilə anlaşmaya getməkdir.

Çin-Rusiya müttəfiqliyinin pozulması hədəflənib. Ona görə də mütləq şəkildə müharibəni dayandırmağa çalışır.

Donald Trampın verdiyi açıqlamalar, yürütdüyü siyasətdən elə məlum olurdu ki, o, bütün Ukrayna torpaqlarını Rusiyaya güzəştə getməyə razıdır. Lakin Avropa İttifaqı və Ukraynanın kəskin reaksiyası, daxili narazılıqlar fonunda ABŞ-ın mövqeyində müəyyən dəyişikliklərin yaranmasına səbəb oldu. Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş planı, mineral ehtiyatlarla bağlı razılığa gəlinməsi, ABŞ şirkətlərinin Ukraynada davamlı olacağı, onların təhlükəsizliyini təmin edəcəyi vurğulanıb. Bununla da əslində rəsmi Kiyevin təhlükəsizliyini təmin edəcəyinə dair mesajlar verdi”.

Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi dünyada yeni siyasi nizamın qurulması istiqamətində katalizator rolunu oynayır:

“ABŞ mövqeyini daha da gücləndirməyə çalışır. Tramp Rusiya liderini hədəfdən yayındırmağı bacarır. Dünənə qədər Putin Zelenskinin legitimliyini tanımırdı. İndi isə legitimliyini tanıdığını vurğuladı. Açığı Ukraynaya tam dəstək verəcəyini düşünmürəm. Amma Rusiyaya da Ukrayna məsələsində güzəştə getməyəcək. Özünün, müttəfiqlərinin, Aİ-nin maraqlarını qoruyacaq.
Tramp hazırda Rusiyanı tələyə saldı. Yəni Avropanı Rusiyanın qabağına verdi. Hazırda ABŞ təkbaşına deyil. Bu onun apardığı müsbət siyasətdir. Ukraynaya bir neçə Avropa ölkəsi qoşun göndərməyə qərar verib. Bunlar da ABŞ-ın razılığı ilə oldu”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri