Icma.az
close
up
RU
Tramp Putinlə olan görüşü niyə müsbət qarşıladı? DETALLAR

Tramp Putinlə olan görüşü niyə müsbət qarşıladı? DETALLAR

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşü “son dərəcə məhsuldar” kimi dəyərləndirib.

“Bəzi Avropa müttəfiqlərimizi də məlumatlandırdım. Hər kəs razılaşır ki, bu müharibəyə son qoyulmalıdır. Qarşıdakı günlər və həftələr ərzində bu istiqamətdə səylərimizi artıracağıq”, – deyə Tramp bildirib.

Donald Trampın Ukraynadakı müharibəni bitirmək istəyi səmimi sülh təşəbbüsüdür, yoxsa bu çağırış daha çox onun şəxsi və ya siyasi maraqlarına hesablanıb?

Sfera.az-a bununla bağlı açıqlama verən siyasi şərhçi Kənan Novruzov Trampın həqiqətən də müharibənin bitməsini istədiyini söyləyib.

O bildirib ki, bu istək bir neçə mühüm səbəblə bağlıdır:

“İlk olaraq, o, Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək niyyətindədir və buna görə də müharibəni dayandırmaq istəyir. İkincisi, münaqişə başa çatdıqdan sonra Rusiya ilə iqtisadi əlaqələr qurmağı planlaşdırır. Üçüncü səbəb isə Ukraynaya sərmayə yatırmaq istəyi ilə əlaqədardır. Dördüncüsü isə Tramp diqqətini Yaxın Şərq və Çinlə münasibətlərə yönəltmək istəyir və bunun üçün əvvəlcə Rusiya-Ukrayna müharibəsinin başa çatması zəruridir”.

Siyasi şərhçi vurğulayıb ki, Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı yumşaq münasibət sərgiləyirdi:

“Onun bu siyasətinin məqsədi Rusiyanın dəstəyini qazanmaq və kompromisə cəlb etmək idi. Çünki əgər Ukrayna müəyyən güzəştlərə razılaşacaqdısa, eyni zamanda Rusiyadan da müəyyən imtiyazlar tələb olunacaqdı. Lakin Trampın bu yanaşması nəticə vermədi. Əksinə, ABŞ ilə Avropa İttifaqı arasındakı münasibətlər pozuldu və “kollektiv Qərb” anlayışı zəifləməyə başladı.


Bu strategiyanın effektiv olmadığını anlayan Tramp, ritorikasını sərtləşdirməyə başladı. O, ard-arda Rusiyaya qarşı təzyiqlər və hədələrlə çıxış etdi. Bu, bir tərəfdən sanksiyalar və gömrük tarifləri ilə, digər tərəfdən isə nüvə müharibəsinə hazırlıq bəyanatları, Rusiya ilə sərhədə yaxın ərazilərə nüvə sualtı qayıqlarının göndərilməsi kimi addımlarla müşayiət olundu. Bu, Vaşinqtonun Moskvaya açıq şəkildə meydan oxuması idi”.

K.Novruzovun sözlərinə görə, Tramp avqustun 8-nə kimi Rusiyaya vaxt vermişdi:

“Lakin bu müddət ərzində sülh danışıqlarının başlaması və ya nəticə əldə olunması ehtimalı çox aşağıdır. Rusiya hələ ki kompromisə meylli görünmür. Ukrayna da indiki şərtlərlə danışıqlar masasına oturmaz. Əslində, hazırkı mərhələdə prosesin taleyi daha çox Rusiyanın davranışlarından asılıdır. Əgər Moskva müəyyən güzəştlərə razı olarsa, Kiyev də dialoqa açıq ola bilər. Əks halda ya Ukraynada siyasi dəyişiklik baş verməlidir, ya da müharibə uzanacaq. Tramp da başa düşür ki, avqustun 8-nə kimi nəticə əldə olunmayacaq. Ona görə də bu bəyanatla bir növ öz uğursuzluğunu ört-basdır etməyə çalışır. O, cəmiyyətə belə bir mesaj verir ki, “əgər 8-də nəticə olmasa da, 10-da, 12-də olacaq və mən bu istiqamətdə ciddi çalışıram”. 

Novruzov Trampın bu sərt ritorika vasitəsilə Rusiyanı qorxutmağa və onu geri çəkilməyə vadar etməyə ümid etdiyini əlavə edib. 

"ABŞ-nin tətbiq etdiyi sanksiyaların real təsirinin hiss olunması üçün ən azı 3-4 aya ehtiyac var. Bu isə Trampın dediyi kimi, müharibənin yaxın günlərdə başa çatması anlamına gəlmir. Əgər ABŞ real nəticə istəyirsə, iqtisadi alətlərdən deyil, hərbi vasitələrdən istifadə etməlidir. Bu isə əksinə, sülhə deyil, müharibənin daha da genişlənməsinə və vəziyyətin gərgin fazaya keçməsinə səbəb ola bilər. Bayden hakimiyyətinin son dönəmlərində gündəmdə olan, lakin sonradan unudulan nüvə eskalasiyası mövzusu təəssüf ki, yenidən aktual olmağa başlayır. Əgər vəziyyət belə davam edərsə, Rusiya nüvə silahından istifadəyə əl ata bilər”.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri