Icma.az
close
up
RU
“Tramp Qəzza modelini Rusiya Ukrayna münasibətlərinə də tətbiq etmək istəyir Politoloq

“Tramp Qəzza modelini Rusiya Ukrayna münasibətlərinə də tətbiq etmək istəyir Politoloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin cümə günü ABŞ-li həmkarı Donald Trampla görüşəcək.

Görüş ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan politoloq Akif Nağı bildirdi ki, Tramp özünü dünyada sülh vasitəçisi kimi təqdim edir:

"Artıq belə bir təbliğat aparılır ki, guya o, səkkiz ay ərzində səkkiz ölkədə səkkiz münaqişəni həll edib və sülh yaradıb. Bu istiqamətdə onun şəxsi ambisiyası, bir növ eqosu da hiss olunur. Ən vacib məsələlərdən biri kimi, məsələn, Qəzza problemini nizama salmaq istiqamətində addımlar atsa da, orada hələ də yarımçıq məqamlar çoxdur. Elə görünür ki, Tramp bir növ yarımçıq nəticə əldə edib, yarımçıq qələbəni böyük nailiyyət kimi təqdim edir. Sonradan isə məlum olur ki, bu “qələbə”nin elə də böyük əhəmiyyəti və davamlı nəticəsi yoxdur.

Sovet dövründə belə bir qayda var idi: hər hansı bir sahədə və ya müəssisədə plan yerinə yetirilməsini “yarış” formasında təşkil edirdilər, səs-küy salır, vaxtından əvvəl açılış edirdilər. Amma sonra həmin obyektin bir il ərzində təmiri ilə məşğul olurdular. Yəni bu, görüntü xatirinə edilirdi. İndi Trampın da fəaliyyəti bir qədər buna bənzəyir, nəticə göstərmək üçün tələsir, amma həmin nəticələrin tam olmadığı sonradan üzə çıxır və o, bu boşluqları doldurmaq məcburiyyətində qalır".

Onun sözlərinə görə, eyni vəziyyəti Ukrayna məsələsində də görmək mümkündür:

"Tramp hakimiyyətə gələndə bu mövzuda çox optimist bəyanatlar verirdi, lakin istədiyi nəticəni əldə edə bilmir. Görünür ki, Qəzzadakı uğurdan sonra həmin modeli Ukrayna-Rusiya münasibətlərinə də tətbiq etmək niyyətindədir. Onun Rusiya ilə müəyyən yaxınlaşma cəhdləri hiss olunur. Son açıqlamalarında, xüsusilə Qəzzadakı vəziyyətlə bağlı danışarkən, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusi vurğuladı, onun oynadığı vasitəçi mövqeyə dəyər verdiyini göstərdi. Həmçinin Putinlə münasibətlərindən də danışaraq qeyd etdi ki, Ərdoğanın Rusiya ilə əlaqələri Ukrayna məsələsinin nizama salınmasında mühüm rol oynaya bilər. Görünür ki, Qəzza məsələsində Tramp ilkin nəticələrə məhz Ərdoğanın dəstəyi ilə nail olub. Ola bilsin ki, bu əməkdaşlıq indi Ukrayna istiqamətində də davam etdirilsin. Tramp, çox güman ki, Ukrayna Prezidenti Zelenski ilə görüşündə bu barədə yeni təkliflər irəli sürmək, Ərdoğanın vasitəçiliyi ilə müəyyən təşəbbüsləri həyata keçirmək istəyir".

Politoloq əlavə etdi ki, hazırda Rusiya-Ukrayna müharibəsində qanlı döyüşlər davam edir.

"Xüsusən “Tomahawk” raketləri və digər silahlarla bağlı gərgin müzakirələr gedir. Rusiya həm bu silahlanmadan, həm də Yaxın Şərqdəki sülh proseslərindən kənarda qalmaqdan narahatdır. Bu vəziyyət Rusiyanın mövqeyinə təsir göstərir, əgər Moskva öz ambisiyalarında bir qədər yumşalmağa getsə, Ukrayna məsələsində, heç olmasa, atəşkəsin əldə olunması mümkündür. Həm Ukraynanın Rusiyaya göstərdiyi ciddi müqavimət, həm də Rusiyanın hərbi və iqtisadi itkiləri onun mövqeyini zəiflədir. Tramp da bunu görür və düşünür ki, bu şəraitdə müəyyən nəticəyə nail olmaq mümkündür. Ola bilsin ki, o, Zelenskini bu istiqamətdə razı salmaq, onu reallıqla hesablaşmağa və kompromis çərçivəsində Rusiya ilə münasibətləri nizama salmağa təşviq edir. Hədəf isə ilk növbədə atəşkəsin əldə olunmasıdır.

Tramp üçün bu, növbəti uğur kimi təqdim edilə bilər, yəni “daha bir müharibə ocağını sakitləşdirdi”. Əslində, hazırkı şəraitdə atəşkəsin əldə olunması vacibdir, çünki hər gün yüzlərlə insan həyatını itirir. Belə bir addım, heç olmasa, regiondakı münasibətlərin nizamlanmasına və gərginliyin azalmasına səbəb ola bilər", - deyə Akif Nağı vurğuladı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri