Tramp Qrenlandiyanı almaq istəyən ilk prezident deyil: Adaya neçə milyard sayılacaq?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Donald Tramp Qrenlandiyaya maraq göstərən ilk ABŞ Prezidenti deyil.
Harri Truman 1946-cı ildə Danimarkaya ada üçün 100 milyon dollar dəyərində qızıl təklif edib.
“Cebheinfo.az” “Newsweek”-ə istinadən yazır ki, təklif inflyasiyaya uyğunlaşdırılsaydı, bugünkü pulla təxminən 1,6 milyard dollar dəyərində olardı.
Tramp açıq şəkildə qiymət açıqlamasa da, onun administrasiyası daha əvvəl, yəni 2019-cu ildə müzakirələr zamanı Qrenlandiyalılara “milyardlarla dollar” investisiya vəd etmişdi.
Ümumilikdə, ABŞ hökumətinin cari təklifi Trumanın əvvəlki təklifi və sonrakı şərhlərə əsasən, hər il 600 milyon dollar müntəzəm ödənişlərlə 2,2 milyard dollardan çox ola bilər.
Xəzər
“Cebheinfo.az”

Tramp Qrenlandiyanı da almaq istəyir
27 Dekabr 2024 09:48
Qrenlandiyanı alacağıq, əminəm Tramp
30 Mart 2025 10:56
Tramp Qrenlandiyanı seçim qarşısında qoyub
10 Yanvar 2025 17:14
Tramp Qrenlandiyanı niyə istədiyini açıqladı
21 Yanvar 2025 15:21
“ABŞ Qrenlandiyanı əldə edəcək” Tramp
05 Mart 2025 15:13

