Tramp regiondakı bu məsələ ilə bağlı Bayden qədər iş görməyəcək Sarkisyan
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Baydenlə müqayisədə Trampın siyasətində Cənubi Qafqaz daha az yer tutacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
O bildirib ki, Rusiyanın başı qarışdığı üçün Baydenin dövründə Cənubi Qafqaz ABŞ siyasətində daha böyük yer tuturdu. Əvvəlki prezidentlik dövründə Trampın ətrafında Cənubi Qafqazı yaxşı bilən siyasətçilər yox idi, amma indi vəziyyət fərqlidir.
“Hazırda Trampın ətrafında regionu yaxşı tanıyan, hətta Cənubi Qafqaza səfər etmiş insanlar cəmləşib”.
“Tramp administrasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsini fəal şəkildə davam etdirəcəkmi?” sualına erməni politoloq belə cavab verib.
“Düşünürəm ki, Tramp bu məsələdə Bayden administrasiyası qədər iş görməyəcək. Ümumiyyətlə, ABŞ-da Cənubi Qafqazdakı münaqişənin həlli Rusiyanın regiondan qovulması kimi dəyərləndirilir”, – deyə Sarkisyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Noyabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















