Tramp Ruanda və Konqo Demokratik Respublikasını barışdırmaq niyyətindədir
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp 4 dekabrda Ağ Evdə Ruanda və Konqo Demokratik Respublikası (KDR) liderləri Pol Kaqame və Feliks Çisekedini qəbul edəcək. Görüş zamanı tərəflər sülh müqaviləsi imzalayacaqlar.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Kerolin Levitt bu barədə məlumat verib.
"Cümə axşamı günü Prezident Tramp vasitəçiliyi ilə əldə etdiyi tarixi sülh və iqtisadi müqaviləni imzalamaq üçün Ruanda Respublikası və Konqo Demokratik Respublikası prezidentlərini qəbul edəcək", - deyə o, brifinqdə bildirib.
27 iyunda tərəflər Vaşinqtonda münaqişələrin həlli müqaviləsi imzalayıblar. Razılaşmanın bir hissəsi olaraq, tərəflər 2024-cü ildə əldə edilən razılaşmaya, o cümlədən Ruanda qoşunlarının 90 gün ərzində geri çəkilməsi və 30 gün ərzində birgə təhlükəsizlik koordinasiya mexanizminin yaradılmasına riayət etməyi öhdələrinə götürüblər.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















