Tramp ruslara və ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir NATO rəsmisi
Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyaya sülh razılaşması əldə etmək üçün necə təzyiq göstərəcəyini bilir.
Sitat.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus” telekanalına açıqlamasında bildirib.
"Düşünürəm ki, biz əhəmiyyətli irəliləyiş əldə edirik. Prezident Tramp ruslara və ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir ki, bu sövdələşməni imzalayıb irəliləməyə davam etsinlər. Bilirsiniz, mən optimistəm. Mən ümidliyəm", - o deyib.
Uitaker söyləyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Ukrayna və Rusiyaya çoxmərhələli və mürəkkəb sazişin hazırlanmasına kömək edirlər.
O, həmçinin qeyd edib ki, nə vaxtsa Tramp sülh sazişinin mümkünsüz olduğuna qərar verə bilər:
“Bu halda ABŞ prezidenti sülh prosesindən geri çəkilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Dekabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















