Icma.az
close
up
RU
Tramp silahları söndürərsə: NƏ OLACAQ?

Tramp silahları söndürərsə: NƏ OLACAQ?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya ABŞ-dən Ukraynaya silah və kəşfiyyat tədarükünün  dayandırılması kontekstində hərbi aviasiya sektorunda Vaşinqtonla əməkdaşlığın risk daşıyıb-daşımadığını müzakirə edir.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Deutsche Welle2 yazır.

“Handelsblatt” və “Bild” nəşrləri yazır ki, Amerika F-35 qırıcılarının sürətli bağlanma funksiyası (Kill Switch) Almaniya Hərbi Hava Qüvvələrini (“Luftwaffe”) Ağ Evdən asılı vəziyyətə sala bilər.

Hərbi sənayedəki bir mənbə “Handelsblatt”-a panikaya düşməməyin vacibliyini söyləyib, Vaşinqtonun “Luftwaffe”-ni asılı vəziyyətə salacağını və onu dəstəkləməyi dayandıracağının mümkünsüzlüyünü bildirib.

Mənbə biznes nəşrinə deyib: “Bu halda biz F-35-i ehtiyat hissələrimiz qurtarana qədər və ya təyyarə sistem yeniləməsini tələb edənə qədər uça biləcəyik”.

“Handelsblatt” xatırladıb ki,  əvvəllər F-35 qırıcıları üçün proqram təminatı ilə bağlı problemlər olub. Bu, Danimarka, Norveç və Belçikaya nəqliyyat vasitələrinin çatdırılmasında gecikmələrə səbəb olub.

Bundestaqdakı Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının sədr müavini Yohann Vadeful “Handelsblatt” qəzetinə deyib ki, mühafizəkar blok F-35 müqaviləsindən imtina etmək niyyətində deyil. Onun partiya üzvü, Bundestaqın üzvü İnqo Gedeçens bu problemi daha dərindən öyrənməyə çağırıb:

“Biz diqqətli olmalıyıq. Əgər biz F-35 kimi bir silah sisteminə bu qədər pul xərcləsək, ondan necə istifadə edəcəyimizə də özümüz qərar verə bilməliyik. Bundesver üçün aldığımız Amerika silah sistemləri sadəcə olaraq Donald Trampın impulsiv qərarı ilə söndürülə bilərmi? Təbii ki, buna yol vermək olmaz və ona görə də dərhal bu məsələyə ciddi şəkildə baxmaq lazımdır”.

Xəzər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri