“Tesla”ya hücumların arxasında Sorosun ola biləcəyinə inanıram Tramp
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də “Tesla”ya qarşı artan hücumların maliyyələşdirilməsinin arxasında sahibkar Corc Soros və digər liberal milyarderlər dayana bilər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mühafizəkar “Newsmax” telekanalına müsahibəsində deyib.
Jurnalistlərdən birinin Soros və Demokratlar Partiyasına yaxın olan digər milyarderlərin İlon Maskın “Tesla”sına edilən hücumlarda əli olub-olmaması ilə bağlı sualına cavabında Tramp vurğulayıb:
“Bu iş adamlarından bəziləri mənə qarşı məhkəmə çəkişmələrində iştirak ediblər və yəqin ki, bu işdə də əlləri var. Bilirsiniz, İlon Mask həqiqətən yaxşı iş görüb. O, böyük sui-istifadələri, fırıldaqları və yanlış idarəetməni elə miqyasda ifşa edib. İnsanlar hətta işə gəlməyiblər, amma maaş alıblar. O qədər çoxdur ki, hamısını sadalaya bilmirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Mart 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















