Tramp Türkiyəyə getməyəcək Səbəb
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin amerikalı məmura istinadla yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
RF Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Ukrayna ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin siyahısını təsdiq etməsindən sonra administrasiya nümayəndəsi belə bir məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Tramp mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirakının mümkünlüyünü istisna etmirdi.
RF Prezidenti də Türkiyəyə yola düşməyəcək. Nəinki Putin, hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da danışıqlarda iştirak etməyəcək.
Putinin qərarı ilə İstanbul danışıqlarına Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Nümayəndə heyərinə RF xarici işlər nazirinin müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















