Tramp Ukrayna münaqişəsinin həll olacağına əmin olduğunu BİLDİRDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin yaxın zamanda həll olunacağına inandığını bəyan edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Cənubi Koreyada keçirilən APEC sammitində çıxışı zamanı bildirib.
Tramp qeyd edib ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli onun hələ yerinə yetirə bilmədiyi yeganə məsələdir, lakin bu istiqamətdə nəticə əldə olunacağına əmindir.
“Düşünürdüm ki, bu məsələ mənim Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərim sayəsində daha asan həll olunacaq, amma o, bir qədər fərqli çıxdı. Bununla belə, hesab edirəm ki, problem həll olunacaq,” - deyə Tramp vurğulayıb.
Dövlət başçısı bir gün əvvəl də Ukraynada sülhün bərqərar olacağına söz vermişdi. Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdəki münaqişəni tənzimləyə bilib, lakin Ukraynada bu hələ baş verməyib. “Amma biz bunu da həll edəcəyik,” – deyə Tramp əlavə edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 29 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















