Tramp Ukraynada hərbi əməliyyatları dayandıra biləcək? ABŞ liderindən cavab
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatları dayandırmağı bacara bilib-bilməyəcəyini bilmir.
Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, o, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsinin onun üçün prioritet olaraq qaldığını vurğulayıb.
"Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm", - deyə Tramp bildirib.
Münaqişənin dayandırılmasının prioritet olub-olmaması ilə bağlı suala amerikalı lider belə cavab verib: "Bəli. Bunun baş verməsini istərdim".
Xatırladaq ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli Trampın seçkiqabağı vədlərindən biri idi. Əvvəlcə o, cəmi bir gündə hərbi əməliyyatların dayandırılmasına nail ola biləcəyini söyləmişdi. Lakin prezident olduqdan sonra respublikaçı öz bəyanatını "şişirtmə" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 İyul 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















